cavab verməməsi səbəblərini araşdırmalı və yenidən təkrar sınaqların keçirilib keçirilməməsinə
və ya bu texnologiyanın istehsalat birləşmələrin qaynağı üçün istifadə oluna bilməməsinə və
texnologiyanın yenidən işlənməsinə qərar verməlidir.
Müəssisədə istehsalat attestasiyası keçmiş qaynaq texnologiyasının tətbiqinə icazə,
ixtissaslaşdırılmış müəssisənin qərarına əsasən SİTGDMND Agentliyi tərəfindən verilir.
4.3.21. Tədqiqat attestasiyasının müəyyən etdiyi səviyyəyə görə qaynaq birləşmələrinin
xassələri və ya keyfiyyəti pisləşdiyi halda istehsalçı-müəssisə (montaj və ya təmir müəssisəsi)
qaynaq texnologiyasının tətbiqini dayandırmalı, qaynağın keyfiyyətini pisləşdirən səbəbləri
müəyyən etməli və aradan qaldırmalı, təkrar istehsal attestasiyasını, əgər lazım gələrsə, tədqiqat
attestasiyasını da keçirməlidir.
Dostları ilə paylaş: