Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə21/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.4.4. Qaynaq, ştamplama və ya yayma tətbiq edilməklə, karbonlu, eləcə də az aşqarlanmış
manqanlı və manqan-silisiumlu poladlardan hazırlanan tutumlar və onların elementləri mütləq
termiki emal olunmalıdır, əgər:
- karbonlu poladlar üçün dibin silindrik və ya konus elementinin divarının qalınlığı,
tutumun flansının və ya borucuğunun qaynaq birləşməsi olan yerdə qalınlığı 36 mm-dən
çoxdursa və az aşqarlanmış manqanlı, manqanlı-silisiumlu poladlar üçün 30 mm-dən çoxdursa;


-yayma (ştamplama) üsulu ilə polad lövhələrdən hazırlanmış tutumun dibinin silindrik və ya
konus elementlərinin ( borunun) divarının nominal qalınlığı aşağıdakı düstur üzrə hesablanmış
qiymətdən artıq olur:
s = 0,009 (D + 1200)
burada D – daxili minimal diametr, mm. Verilən tələblər bortlu örtüklərə aid deyil;
- onlar korroziyadan çatlar əmələ gətirən mühitdə istismar edilmək üçün təyin olunmuşlar;
- tutumun dibi və digər elementləri 700
o
C-dən aşağı temperaturda ştamplanır (yayılır);
- tutumun dibi və digər elementləri qalınlıqdan asılı olmayaraq soyuq ştamplama və ya 
soyuq yayma üsulu ilə hazırlanmışdır.
4.4.5. Xarici diametri 36 mm olan karbonlu və az aşqarlanmış poladdan hazırlanmış
boruların əyilmiş hissələri əgər əyilmənin orta radiusunun borunun xarici nominal diametrinə
nisbəti 3,5-dən kiçikdirsə və boru divarının nominal qalınlığının onun nominal diametrə nisbəti
0,05-dən artıqdırsa, termiki emaldan keçməlidir.
4.4.6. Xrom-molibden, xrom-molibden-vanadiumlu az aşqarlanmış poladdan, martensit
sinfinə aid poladdan və iki laylı-əsas layı bu tipə və sinfə aid poladdan qaynaq tətbiq edilməklə
hazırlanan tutumlar və onun elementləri diametrindən və divarının qalınlığından asılı olmayaraq
termiki emal olunmalıdırlar.
4.4.7. Austenit sinfinə aid və əsas layı karbonlu və az aşqarlanmış manqan və manqan--
silisium tipli poladdan və austenit sinfinə aid korroziyaya qarşı davamlı iki laylı poladdan
hazırlanan tutumların və onun elementlərinin termiki emalı NS-də müəyyən olunur.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin