Qaydalar azərbaycan respublikasi


 Qaydaların 4.4.4 bəndinin tələblərinə uyğun



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə23/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.4.15. Qaydaların 4.4.4 bəndinin tələblərinə uyğun olaraq qalıq gərginliyi götürmək üçün
termiki emal əvəzinə NS-də nəzərdə tutulmuş, müvafiq qaydada razılaşdırılmış başqa üsullar
tətbiq edilə bilər.
4.5. Qaynaq birləşmələrinin yoxlanılmasi
4.5.1. İstehsalçı, quraşdırma və ya təmir müəssisəsi öz məhsulunun yoxlanılmasının elə
üsulunu və həcmini tətbiq etməlidir ki, yolverilməz qüsurların aşkar edilməsini və istismar
zamanı onun yüksək keyfiyyətini və etibarlılığını təmin etsin.
Qaynağın və qaynaq birləşmələrinin keyfiyyətinin yoxlanılmasına aşağıdakılar daxildir:
-personalın attestasiyasının keçirilməsi;
- yığma-qaynaq, termiki və nəzarət avadanlığının, aparatın, cihazların və alətlərin 
yoxlanılması;
- əsas materialların keyfiyyətinin yoxlanılması;
- qaynaq materiallarının və defektoskopiya üçün materialların keyfiyyətinin yoxlanması;
- qaynaq texnologiyasının əməliyat nəzarəti;
- qaynaq birləşmələrinin dağıdıcı olmayan üsulla keyfiyyətinin yoxlanılması;
- qaynaq birləşmələrinin dağıdıcı üsulla keyfiyyətinin yoxlanılması;
- qüsurların aradan qaldırılmasına nəzarət.
Nəzarət (yoxlama) üsulları Qaydaların, məhsula və qaynağa aid NS-in tələblərinə uyğun
olaraq layihə konstruktor müəssisəsi tərəfindən müəyyən olunur və tutumlara aid layihə
sənədlərində göstərilir.
4.5.2. Qaynaq birləşmələrinin yoxlanılması üsullarını və həcmini müəyyən etmək üçün
hesablama təzyiqindən, divarın temperaturundan və mühitin xarakterindən asılı olaraq cədvəl 5
üzrə tutumların qruplarını müəyyən etmək lazımdır.
Cədvəl 5
Tutumların
Hesablama təzyiqi,
Divarın temperaturu,
İş mühiti
qrupları
MPa (kqq/sm
2
)
o
C
1
2
3
4
1
0,07 (0,7) -dən yuxarı
Asılı olmayaraq
Partlayış təhlükəli və ya yanğın
təhlükəli və ya ГОСТ 12.1.007 üzrə
I, II sinif təhlükəli
2
2,5 (25) -ə qədər
-70 -dən aşağı,
400 -dən yuxarı
1-ci qrup üçün göstərilən tutumlar


2,5 (25) -dən yuxarı
-70 -dən aşağı,
istisna olunmaqla istənilən başqa
4(40) -a qədər
200 -dən yuxarı
tutumlar
4 (40) -dən yuxarı
-40 -dan aşağı,
5(50) -yə qədər
200 -dən yuxarı
5 (50) -dən yuxarı
Asılı olmayaraq
1,6 (16) -ya qədər
70 -dən -20 -yə qədər
200 -dən 400 -ə qədər
3
1,6 (16) -dan yuxarı
-70 -dən 400 -ə qədər
2,5(25) -ə qədər
2,5 (25) -dən yuxarı
-70 -dən 200 -ə qədər
4(40) -a qədər
4 (40) -dən yuxarı
-40 -dan 200 -ə qədər
5(50) -yə qədər
4
1,6 (16) -ya qədər
-20 -dən 200 -ə qədər


Cədvəl 5-də göstərildiyindən fərqli parametrlər (təzyiq və temperatur üzrə parametrlərin
uyğunluğu) olduğu halda qrupu müəyyən etmək üçün maksimal parametrlərə istinad etmək
lazımdır.
Divarın qalınlığı istilik texnikası hesablaması əsasında və ya ölçmələr nəticəsində müəyyən
edilir, bu ölçülər olmadıqda isə tutumun divarı ilə təmasda olan mühitin temperaturuna bərabər
qəbul edilir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin