4.5.12. Defektoskopiya üçün hər material partiyası (penetrant, toz, suspenziyalar,
radioqrafik plyonka, kimyəvi reaktivlər və s.) istifadə olunmamışdan əvvəl giriş yoxlamasından
keçirilməlidir.
4.5.13. Qaydalarda nəzərdə tutulmuş dağıdıcı və dağıdıcı olmayan üsullarla yoxlamanın
həcmi,
kütləvi istehsal olduğu halda, eləcə də dəyişilməyən
texnoloji prosesdə,
müxtəlif iş
növlərində qaynaqçıların ixtisaslaşmasında və 6 aydan az olmayan müddət ərzində yoxlama
nəticələri ilə təsdiq edilmiş yüksək keyfiyyətin olduğu halda SİTGDMND
Agentliyi ilə
razılaşdırılmaqla azaldıla bilər.
4.5.14. Daxili təzyiq altında işləməyən qaynaq olunmuş detalların qaynaq birləşmələrinin
yoxlanılması üsulları və həcmi məmulata və qaynağa dair NS-lə müəyyən olunmalıdır.
4.5.15. Məhsul o zaman yararlı sayılır ki, yoxlama zamanı onda
bu Qaydalarla və
məmulata
və qaynağa aid NS-lə müəyyən olunmuş yolverilə bilən normalardan kənara çıxan daxili və
xarici qüsurlar aşkar edilməsin.
Dostları ilə paylaş: