4.5.34. Stiloskopiya yoxlama üsulu detalların metalının aşqarlanmasının və qaynaq
tikişlərinin cizgilərin və NS-lərin tələblərinə uyğunluğunu təsdiq etmək məqsədi ilə yerinə
yetirilməlidir.
4.5.35. Stiloskopiyaya
üsulu ilə aşağıdakılar
yoxlanılır:
- cizgilər əsasında aşqarlanmış poladdan hazırlanan bütün qaynaq olunan detallar
(konstruksiya hissələri);
- NS-ə uyğun olaraq xəlitəli aşqar materialdan hazırlanacaq boruların bütün qaynaq
birləşmələrinin tikişinin metalı;
- Qaydaların 4.3.10 bəndinə uyğun olaraq qaynaq materialları.
4.5.36. Stiloskopiya müəyyən qaydada razılaşdırılmış metodik göstərişlərin və ya
təlimatların tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.
Dostları ilə paylaş: