Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə30/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.5.41. Tutumların avtomatik (mexaniki) qaynağı zamanı hər bir tutuma bir yoxlama
birləşmə qaynaq edilməlidir. Əgər bir iş növbəsi ərzində bir texnoloji proses üzrə bir neçə
eynitipli tutum qaynaq olunursa, bu növbədə qaynaq olunan bütün tutum partiyası üçün bir
yoxlama birləşməni yerinə yetirməyə icazə verilir. Bir neçə qaynaqçı tərəfindən əl ilə tutumların
qaynağı zamanı onların hər biri hər tutum üçün bir ədəd yoxlama birləşmə qaynaq etməlidir.
4.5.42. Tutumların seriyalı istehsalında uc-uca qaynaq birləşmələrinin ultrasəs
defektoskopiyası və radiasiya yoxlama üsulu ilə 100% yoxlanması lazım olan halda hər qaynaq
növü üçün bütün tutum partiyasına bir ədəd yoxlayıcı qaynaq birləşmə yerinə yetirməyə icazə
verilir. Belə halda təyinatına və tipinə görə, eyni növlü metal məhsuldan (lövhə, boru, döymədən
və s.) hazırlanmasına görə, eyni metal markalı, kənarları eyni forma kəsikli, vahid texnoloji


proses üzrə hazırlanmış və bir termiki emala uğradılan və əgər yığım-qaynaq işləri, termiki
emalı və yoxlama əməliyyatları üzrə bütün məhsulların hazırlanma dövrü üç aydan artıq deyilsə,
bu tutumları bir partiyada birləşdirmək olar.
4.5.43. Uc-uca tikişli boru elementlərin qaynaq birləşmələrinin keyfiyyəti yoxlanan zaman
birləşmələrin mexaniki xassələrini sınaqdan keçirmək üçün boruların qaynağı ilə eyni zamanda,
eyni istehsal şəraitində yoxlama uc-uca birləşmələr hazırlanmalıdır. Yoxlama uc-uca
birləşmələrin sayı hər qaynaqçının qaynaq etdiyi eynitipli birləşmələrin ümumi sayının 1%-ni
təşkil etməlidir, lakin bu rəqəm hər qaynaqçıya düşən bir ədəd uc-uca birləşmədən az
olmamalıdır.
4.5.44. Bütün hallarda yoxlama birləşmələrin qaynağı tutumlarda nəzarət olunan qaynaq
birləşmələri yerinə yetirən qaynaqçılar tərəfindən həyata keçirilməlidir.
4.5.45. Yoxlama birləşmələrin ölçüləri onlardan, nəzərdə tutulmuş bütün növ mexaniki
sınaqların, kristallararası korroziyaya qarşı dayanıqlığı sınamaq üçün, metalloqrafik tədqiqatlar
aparmaq üçün, eləcə də təkrar sınaqlar keçirmək üçün lazımi sayda nümunə kəsməyə kifayət
etməlidir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin