Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə35/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.5.61. Metalloqrafik tədqiqatlar zamanı qaynaq birləşmələrinin keyfiyyəti Qaydaların 4.5.1
və 4.5.17 bəndlərinin tələblərinə uyğun olmalıdır.
4.5.62. Metalloqrafik tədqiqatlardan qənaətbəxş olmayan nəticələr alındığı halda eyni
yoxlama birləşmədən kəsilmiş iki nümunə üzərində təkrar sınaqların aparılmasına yol verilir.
Təkrar metalloqrafik tədqiqatlardan yenə qənaətbəxş olmayan nəticələr alınarsa, o zaman
bu qaynaq tikişləri yararsız hesab edilir.
4.5.63. Əgər ultrasəs defektoskopiyası və ya radiasiya üsulu ilə yoxlanmış və yararlı hesab
edilən yoxlama qaynaq birləşməsində, metalloqrafik tədqiqat zamanı dağıdıcı olmayan üsullar
ilə daxili qüsurlar aşkar olunursa, eyni defektoskopiya mütəxəssisi tərəfindən bütün yoxlanılan
istehsalat qaynaq birləşmələri eyni defektoskopiya üsulu ilə 100% təkrar yoxlanmalıdır. Bu
halda bütün istehsal qaynaq birləşmələrinin keyfiyyəti başqa, daha təcrübəli və ixtisaslı
defektoskopiya mütəxəssisi tərəfindən həyata keçirilməlidir.
4.5.64. Qaynaq birləşmələrinin tökmə və döymə elementlərinin, tökmə detalları olan
boruların, müxtəlif sinfə aid poladlardan hazırlanan elementlərin, eləcə də digər təksaylı qaynaq
birləşmələrinin metalloqrafik tədqiqatının zəruriliyi, həcmi və ardıcıllığı hazırlanmaya aid
texniki şərtlərlə və ya NS-lə müəyyən edilir.
4.5.65. Austenit, ferrit, austenit-ferrit korroziyaya davamlı təbəqəsi olan ikilaylı poladdan
hazırlanan tutumların və onların elementlərinin, qaynaq birləşmələrinin kristallararası
korroziyaya dayanıqlığının yoxlanması texniki şərtlərdə və ya texniki layihədə bu tələblər
nəzərdə tutulubsa aparılmalıdır.
4.5.66. Nümunələrin forması, ölçüsü, sayı, sınaq metodları və nümunələrin kristallararası
korroziyaya meylliliyinin qiymətləndirmə meyarları NS-in tələblərinə uyğun olmalıdır.
4.6. Hidravlik (pnevmatik) sinaq
4.6.1. Bütün tutumlar hazırlandıqdan sonra hidravlik sınaqdan keçirilməlidir.
Montaj yerinə hissə-hissə nəql olunan, quraşdırılma yerində hazırlanması başa çatan
tutumlar montaj yerində hidravlik sınaqdan keçirilməlidir.
4.6.2. Qoruyucu örtüyü və ya izolyasiyası olan tutumlar, örtük və ya izolyasiyası olmadan
əvvəl hidravlik sınaqdan keçirilir.
Xarici örtüyü (futlyar) olan tutumlar, örtük quraşdırılmazdan əvvəl hidravlik sınaqdan
keçirilir.


Emalla örtülən tutumları emal çəkildikdən sonra işçi təzyiqlə hidravlik sınaqdan keçirməyə
icazə verilir.
4.6.3. Tutumlar, tökmə tutumlar istisna olmaqla, aşağıdakı düsturla təyin olunan yoxlama
təzyiqlə hidravlik sınaqdan keçirilməlidir:
σ
20
Ру = 1,25Р
σ
t
burada Р – tutumun hesablama təzyiqi, MPa (kqq/sm
2
);
σ
20
, σ
t
– uyğun olaraq 20
o
C və hesablama temperaturunda tutumun və ya onun
elementlərinin materialı üçün buraxılabilən gərginliyi, MPa (kqq/sm
2
).
σ
20
nisbəti tutumun istifadə olunan, onun üçün daha kiçik elementlərin (obeçayka, dib,
σ
t


flans, bərkidici, borucuq və s.) materialına görə qəbul edilir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin