Qaydalar azərbaycan respublikasi


 Sınaq zamanı aşkar olunan qüsurlar aradan qaldırıldıqdan sonra tutum və



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə38/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   34   35   36   37   38   39   40   41   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.6.15. Sınaq zamanı aşkar olunan qüsurlar aradan qaldırıldıqdan sonra tutum və onun
elementləri
Qaydalarda müəyyən olunmuş yoxlama təzyiqlə təkrar hidravlik sınaqdan
keçirilirlər.
4.6.16. İstehsalçı-müəssisədə keçirilən hidravlik sınaq müvafiq çəpəri (hasarı) olan və
təhlükəsizlik tələblərinə cavab verən, NS-ə uyğun hidravlik sınaqların keçirilməsi təlimatlarını
təmin edən xüsusi sınaq stendində yerinə yetirilməlidir.
4.6.17. Akustik emissiya və ya müəyyən olunmuş qaydada razılaşdırılmış başqa üsulla bu 
sınağa nəzarət etmək şərti ilə hidravlik sınağı pnevmatik sınaqla əvəz etməyə yol verilir.
Pnevmatik sınaqlar müəyyən olunmuş qaydada, təsdiq edilmiş lazımi təhlükəsizlik 
tədbirlərini nəzərdə tutan təlimatlar üzrə keçirilməlidir.
Pnevmatik sınaqlar sıxılmış hava və ya təsirsiz qazla keçirilir.
4.6.18. Yoxlama təzyiqinin qiyməti və sınağın nəticələri sınaq aparan şəxs tərəfindən 
tutumun pasportunda qeyd olunur.
4.7. Qaynaq birləşmələrinin keyfiyyətinin qiymətləndirilməsi
4.7.1. Tutumların və onun elementlərinin qaynaq birləşmələrində aşağıdakı qüsurların 
olmasına yol verilmir:
- metaldakı tikişdə, ərimə xətti üzrə və əsas metalın qaynaq tikişinin ətrafı zonada bütün
növ və istiqamətlərdə olan çatların, eləcə də yoxlama (kontrol) nümunənin mikroskopik tədqiqi
zamanı aşkar olunan mikroçatların;
- qaynaq tikişlərində tikişin kökündə və ya qaynaq birləşməsinin kəsiyi üzrə yerləşən (ayrı-
ayrı valcıq və tikiş təbəqələri, əsas metalla tikiş metalı arasında) qaynaq olunmayan (əriməyən) 
hissələrin;
- tutumların qaynaq birləşmələrində yerli qaynaq olunmamış hissələrin olmasına yol
vermənin mümkünlüyü müəyyən olunmuş qaydada razılaşdırılmış NS-də qeyd olunur;
- ölçüləri NS-də göstərilən yol veriləbilən ölçülərdən artıq olan əsas metalın kəsilməsi, 
məsamələr, şlak və digər qarışıqların;
- yığıntının (ərp);
- bişməmiş kraterlərin və yanıqların;
- deşiklərin (dəliklər, zədələr);
- kənarların Qaydalarda nəzərdə tutulan normalardan artıq yerdəyişməsi.


4.7.2. Əgər qaynaq birləşmələrinin istənilən şəkildə yoxlanması zamanı Qaydalarda və
texniki şərtlərdə müəyyən olunmuş normalara görə həddini aşan daxili və ya xarici qüsurlar
aşkar edilərsə, onda belə qaynaq birləşmələrinin keyfiyyəti qənaətbəxş hesab edilmir.
4.7.3. Hazırlanma prosesində aşkar edilən qüsurlar düzəldilmiş sahələrin sonrakı
yoxlanması ilə aradan qaldırılmalıdır. Qüsurların aradan qaldırılması üsulları və keyfiyyəti
tutumun lazım olan etibarlı və təhlükəsiz işini təmin etməlidir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin