Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə42/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   38   39   40   41   42   43   44   45   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

5.3. Manometrlər
5.3.1. Hər bir tutum və müxtəlif təzyiqləri olan müstəqil boşluqlar birbaşa ölçən
manometrlərlə təchiz olunmalıdırlar. Manometrlər tutumun ştuseri və ya tutumla bağlayıcı
armatur arasında olan boru kəməri üzərində quraşdırılır.
5.3.2. Manometrlər - - tutumun işçi təzyiqi 2,5 MPa (25 kqq/sm
2
) –a qədər olduqda - 2,5-
dən; tutumun işçi təzyiqi 2,5 MPa (25 kqq/sm
2
) –dan yuxarı olduqda - 1,5-dən az olmayan
dəqiqlik sinfinə malik olmalıdırlar.
5.3.3. Elə şkalası olan manometr seçilməlidir ki, işçi təzyiqin ölçmə həddi şkalanın üçdə
ikisində olsun.
5.3.4. Tutumun istismarçısı tərəfindən manometrin şkalasında tutumun işçi təzyiqini
göstərən qırmızı cizgi çəkilməlidir. Qırmızı cizgi yerinə manometrin gövdəsinə qırmızı rəngə
boyanmış və manometrin şüşəsinə möhkəm yapışan metal lövhəcik bərkitməyə icazə verilir.
5.3.5. Manometr elə quraşdırılmalıdır ki, onun göstəriciləri xidməti personala aydın
görünsün.
5.3.6. Nəzarət meydançasından 2 m-ə qədər hündürlükdə quraşdırılan manometrlərin
gövdələrinin nominal diametri 100 mm-dən, 2 m-dən 3 m-ə qədər hündürlükdə quraşdırılan
manometrlərin gövdəsinin nominal diametri isə 160mm-dən az olmamalıdır.
Manometrlərin meydançanın səviyyəsindən 3 m-dən artıq hündürlükdə quraşdırılmasına
icazə verilmir.
5.3.7. Manometrlə tutum arasında yoxlayıcı (kontrol) manometr vasitəsilə dövri olaraq
manometrin yoxlanmasına imkan verən üçgedişli kran və ya onu əvəz edən qurğu
quraşdırılmalıdır.
Zəruri hallarda iş şəraitindən və tutumun olduğu mühitin xassələrindən asılı olaraq
manometr onu mühitin və temperaturun birbaşa təsirindən qoruyan, etibarlı işini təmin edən ya
sifon borucuq, ya yağ buferi və ya başqa qurğularla təchiz olunmalıdır.
5.3.8. 2,5 MPa (25 kqq/sm
2
)-dan yuxarı təzyiqdə və ya 250
o
C-dən yuxarı temperaturda,
eləcə də partlayış təhlükəli mühitlə və ya ГОСТ 12.1.007-76 üzrə 1-ci və ya 2-ci sinif təhlükəli
maddələrlə işləyən tutumlarda üçgedişli kran yerinə ikinci manometrin birləşdirməsi üçün
üzərində bağlayıcı orqanı olan ayrıca ştuserin quraşdırılmasına icazə verilir.
Stasionar tutumlarda manometrlərin Qaydalarda müəyyən olunmuş müddətlərdə onların
tutumdan çıxarılaraq yoxlanması mümkün olduqda, üçgedişli kranın və ya onu əvəz edən
qurğunun quraşdırılması vacib deyil.
Səyyar tutumlarda üçgedişli kranın quraşdırılmasının zəruriliyi tutumun layihələndiricisi
tərəfindən müəyyən olunur.



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin