halda yoxlamanı eyni şkalaya və dəqiqlik sinfinə malik yoxlanmış işçi manometrlə yerinə
yetirməyə icazə verilir.
Tutumların istismarı prosesində xidməti personal tərəfindən manometrlərin yoxlanma
qaydaları və müddətləri müəssisə rəhbəri - tutum istismarçısı tərəfindən təsdiq olunmuş iş rejimi
və tutumlara təhlükəsiz xidmət üzrə təlimatlarla müəyyən edilməlidir.
5.4. Temperatur ölçmək üçün cihazlar
5.4.1. Divarları dəyişən temperaturda işləyən tutumlar onun uzunluğu, hündürlüyü boyunca
qızdırılma sürətinin və bərabər ölçüdə qızmasının yoxlanılması və reperlərlə istiliyin
yerdəyişməsinə (paylanmasına) nəzarət üçün cihazlarla təchiz olunmalıdır.
Tutumların göstərilən cihazlarla və reperlərlə təchiz olunmasının zəruriliyi, eləcə də
tutumların yolverilə bilən qızdırılma və soyudulma sürəti layihəçi tərəfindən müəyyən olunur və
istehsalçı tərəfindən tutumun pasportunda və ya istismar üzrə təlimatda göstərilir.
Dostları ilə paylaş: