Atılan toksiki, partlayış - yanğın təhlükəli məhsullar sonrakı utilizasiya üçün qapalı
sistemlərə və ya təşkil olunmuş yanma sistemlərinə yönəldilməlidir.
Qarışarkən partlayış təhlükəli qarışıqlar və ya stabil olmayan birləşmələr yarandıqda atılan
məhsulların bir yerə yığılması qadağandır.
5.5.17. Membranlı qoruyucu qurğular aşağıdakı yerlərdə quraşdırılır:
- konkret mühitin işçi şəraitində inersiyalı olması və başqa səbəblərdən lingli-yük və yaylı
qoruyucu klapanların tətbiq oluna bilmədiyi halda onların yerinə;
- işçi mühitin zərərli təsiri (korroziya, eroziya, polimerləşmə, kristallaşma, qaynama,
donma) nəticəsində və ya bağlı klapandan partlayış - yanğın təhlükəli, zəhərli, ekoloji zərərli və
s. maddələrin mümkün ola biləcək sızması nəticəsində qoruyucu klapanlar etibarlı işləyə
bilmədiyi halda qoruyucu klapanlardan əvvəl. Bu halda membranın saz vəziyyətdə olmasına
nəzarət etməyə imkan verən qurğu nəzərdə tutulmalıdır;
- təzyiqi aşağı salan sistemlərin keçiricilik qabiliyyətini artırmaq üçün qoruyucu klapanlarla
paralel şəkildə;
- atqı (atılma) sistemləri tərəfindən işçi mühitin zərərli təsirinin qarşısını almaq üçün və bu
sistem tərəfindən əks təzyiqin enib qalxmasının qoruyucu klapanların işə salınması dəqiqliyinə
təsirini aradan qaldırmaq üçün qoruyucu klapanların çıxış tərəfində.
Membranlı qoruyucu qurğuların quraşdırılmasının zəruriliyini və yerini, onun
konstruksiyasını layihə edən müəssisə müəyyənləşdirir.
Dostları ilə paylaş: