Təzyiq altında işləməyən bütöv elementlərin (məsələn taxmaların (nakladka)) ən aşağı
hissələrində drenaj deşikləri olmalıdır.
2.1.12. İstehlakçıların elektrik qurğuları müəyyən olunmuş qaydada istismar olunarkən
tutumların (ПТБ və ПТЭ) qaydalarına uyğun olmalıdır.
2.2. Lyuklar, baxiş lyuklari, qapaqlar
2.2.1. Tutumların daxilinə baxışın keçirilməsi, təmizlənməsi və təmiri üçün, eləcə də
taxılıb-sökülən bilən daxili qurğuların sökülüb-quraşdırılması üçün lazımi sayda lyuklar və baxış
lyukları olmalıdır.
Silindrik gövdədən və içərisində bərkidilmiş borucuqlarla hörmədən (istilik dəyişdiricilər)
ibarət olan tutumlar və kriogen mayelərin nəql olunması və saxlanılması, eləcə də ГОСТ
12.1.007-76 üzrə 1-ci və 2-ci sinif təhlükə dərəcəli, lakin korroziya və ərp əmələ gətirməyən
maddələrlə işləmək üçün təyin olunan tutumları diametrindən asılı olmayaraq, Qaydaların 2.1.4.
bəndinin tələbləri yerinə yetirilməsi şərtilə lyuk və baxış lyuku olmadan hazırlamağa yol verilir.
2.2.2. Daxili diametri 800 mm-dən
çox
olan tutumların
lyukları, daxili diametri 800 mm-
dən az olan tutumların isə kiçik baxış lyukları olmalıdır.
Dostları ilə paylaş: