Qaydalar azərbaycan respublikasi


 Tutumların qeydiyyatı tutum sahibinin (istismarçının) yazılı ərizəsi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə51/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   47   48   49   50   51   52   53   54   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

6.2.3. Tutumların qeydiyyatı tutum sahibinin (istismarçının) yazılı ərizəsi əsasında yerinə 
yetirilir. Qeydiyyat üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- müəyyən olunmuş formada tutumların pasportu;
- montajın keyfiyyəti barədə vəsiqə (şəhadətnamə);
- tutumun təzyiq mənbəyi, parametrləri, onun işçi mühiti, armaturları, nəzarət-ölçü
cihazları, avtomatik idarə olunma vasitələri, qoruyucu və blokirovka qurğuları göstərilməklə
onun işə salınma sxemi. Sxem müəssisə rəhbəri tərəfindən təsdiq olunmalıdır.
- keçiricilik qabiliyyətinin hesablanması ilə qoruyucu klapanın pasportu.
- Montajın keyfiyyəti barəsində şəhadətnamə montajı yerinə yetirən müəssisə tərəfindən
tərtib olunmalı və bu müəssisənin rəhbəri tərəfindən, eləcə də tutum sahibi olan müəssisənin
rəhbəri tərəfindən imzalanmalı və möhürlərlə təsdiq olunmalıdır.
Şəhadətnamədə aşağıdakı məlumatlar verilməlidir:
- montaj edən idarənin adı;
- tutum sahibi olan müəssisənin adı;
- istehsalçı müəssisənin adı və tutumun zavod nömrəsi;
- pasportda göstərilənlərə əlavə olaraq montaj idarəsi tərəfindən tətbiq edilmiş materiallar 
barədə məlumatlar;
- qaynağın növü, elektrodların tipi və markası, termiki emalı, termiki emalın rejimləri və 
diaqramları daxil olan qaynaq haqqında məlumatlar;
- qaynaqçıların və termistlərin soyadları və vəsiqələrinin nömrəsi;
- yoxlama birləşmələrin (qaynaq olunmuş nümunələrin) sınaq nəticələri, eləcə də 
birləşmələrin dağıdıcı olmayan defektoskopiya yoxlanmasının nəticələri;
- tutumun yerinə yetirilmiş montaj işlərinin Qaydaların, layihənin, texniki şərtlərin və
istismar üzrə təlimatların tələblərinə uyğunluğu və pasportda göstərilən parametrlərdə onun
istismara yararlı olması barədə rəy.
6.2.4. SİTGDMND Agentliyi 5 gün müddətində təqdim olunan sənədlərə baxmalıdır.
Tutumun sənədlərinin Qaydaların tələblərinə uyğun olduğu halda SİTGDMND Agentliyi


pasportda qeydiyyat haqqında ştamp qoyur, sənədləri plomblayır və onu tutumun sahibinə
qaytarır. Qeydiyyatdan imtina edildiyi halda, bu barədə tutum sahibinə imtina səbəbləri
göstərilməklə və Qaydaların müvafiq bəndlərinə istinad etməklə yazılı surətdə xəbər verilir.
6.2.5. Tutumun yeri dəyişdirildikdə və ya başqa sahibə verildikdə, eləcə də tutumun işə
salınması sxemində dəyişikliklər edildikdə tutum yenidən SİTGDMND Agentliyində
qeydiyyatdan keçməlidir.
6.2.6. Qeydiyyatdan keçmiş tutumu uçotdan çıxarmaq üçün tutum sahibi SİTGDMND
Agentliyinə uçotdan çıxma səbəblərini göstərməklə və pasportu təqdim etməklə yazılı surətdə
ərizə təqdim etməlidir.


6.2.7.Tutuma aid istehsalçının texniki sənədləri olmayan tutumların qeydiyyatdan keçməsi
üçün onun pasportu SİTGDMND Agentliyindən texniki qurğuların (tutumların) sənaye
təhlükəsizliyi ekspertizasını keçirməyə lisenziyası olan ixtisaslaşdırılmış müəssisə tərəfindən
tərtib edilə bilər.
6.2.8. Üzərlərində təzyiq altında işləyən tutumlar istismar olunan təhlükəli istehsalat
obyektləri Azərbaycan Respublikasının “Texniki Təhlükəsizlik haqqında Qanunu” (Bakı şəhəri,
2 noyabr 1999-cu il №-733 -1Q ilə təsdiq olunmuş qeydiyyat Qaydalarının təhlükəli istehsalat
obyektləri Dövlət reyestrində müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilməlidirlər.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin