2.3.1. Tutumlarda aşağıdakı formalarda diblər tətbiq edilir: elliptik, yarımsferik, torosferik,
sferik bortsuz (kənarlarsız), konusvari bortlu, konusvari bortsuz,
düz bortlu, yastı bortsuz.
2.3.2. Elliptik diblərin daxili səth üzrə ölçülən qabarıq hissənin hündürlüyü dibin daxili
diametrinin 0,2 mislindən kiçik olmamalıdır. Bu ölçülərin ixtissaslaşmış
elmi-tədqiqat
müəssisəsi ilə razılaşdırılaraq kiçiltməyə yol verilir.
2.3.3. Torosferik diblər aşağıdakılara malik olmalıdır:
- daxili səth üzrə ölçülən qabarıq hissənin hündürlüyü daxili diametrin 0,2
hissəsindən az
olmamalıdır;
- bortun daxili radiusu dibin daxili diametrinin 0,1 hissəsindən az olmamalıdır;
- mərkəzi hissənin əyriliyinin daxili radiusu dibin daxili diametrindən böyük olmamalıdır.
Dostları ilə paylaş: