Qaynaq tikişləri avtomatik və ya elektroşlak üsulu ilə yerinə yetirilməsi və 100% həcmdə
tikişlərin kəsişdiyi yerlər radioqrafiya və ya ultrasəs defektoskopiya üsulu ilə yoxlanması şərti
ilə,1,6 MPa (16 kqq/cm
2
)-dan çox olmayan təzyiq altında və divarının temperaturu 400
o
C-dən
çox olmayan temperaturda, nominal qalınlığı 30 mm-dən çox olmayan divarlarda, işləmək üçün
təyin olunan tutumlarda göstərilən tikişlərin bir-birinə nisbətən yerinin dəyişdirilməsinə yol
verilir.
2.4.5. Gövdənin qaynaq tikişinin üstünə düşəcək hissəni əvvəlcədən radiografiya və ya
ultrasəs defektoskopiya üsulu ilə yoxlamaq şərti ilə tutumun gövdəsinə daxili və xarici qurğular
(dayaq elementləri, nimçə, örtük, arakəsmə) qaynaq edilərkən, bu qaynaq tikişlərinin gövdənin
uc-uca qaynaq tikişləri ilə kəsişməsinə yol verilir.
Dostları ilə paylaş: