2.6.3. “Sayı” qrafasında qurğuların, armaturun, eynitipli cihazların ümumi sayı
göstərilir.
2.6.4. “Quraşdırılma yeri” qrafasında qurğunun, armaturun və ya cihazların
quraşdırılacağı yığım vahidinin adı göstərilir.
2.6.5. “Şərti keçid” qrafasında membranlı qoruyucu qurğular üçün membranın şərti
diametri göstərilir.
2.6.6. “Şərti təzyiq” qrafasında membranlı qoruyucu qurğular üçün minimal və
maksimal işчи təzyiqi göstərilir.
2.6.7. “Gövdənin materialı” qrafasında poladın markası və kimyəvi tərkibə aid
standartın nömrəsi və texniki tələblər göstərilir.
2.7. “5. Tutumun hazırlanması zamanı tətbiq edilən əsas
materiallar barədə məlumatlar” bölməsi
2.7.1. “Elementin adı” qrafasında təzyiq altında olan elementlərin (obeçayka, dib,
qapaq, boru qəfəs, örtük, ştuserlər, flanslar və s.) adı göstərilir.
2.7.2. “Material” qrafasında materialın markası və kimyəvi tərkibə aid standartın
nömrəsi və texniki tələblər, materiala aid sertifikatdan ərintinin (partiya) nömrəsi, metal
məhsulun istehsalçısının sertifikatının nömrəsi və tarixi, tutum istehsalçısının zavod
sınaqlarının protokolunun tarixi göstərilir.
2.7.3. Диэяр qrafalarda metal məhsulun istehsalçısının sertifikatlarından olan
məlumatlar, sertifikatlar olmadıqda isə tutum istehsalçısının zavodун sınaq
protokollarından götürülən məlumatlar göstərilir.
Dostları ilə paylaş: