Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə9/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

2.4.6. Tutumun gövdəsinə dayaqlar və ya başqa elementlər qaynaq olunduğu halda tutumun
qaynaq tikişinin kənarı ilə elementin qaynaq tikişi arasındakı məsafə tutumun gövdəsinin
qalınlığından 20 mm-dən kiçik olmamalıdır.
Qaynaqdan sonra termiki emala məruz qalan karbonlu və aşağı legirli manqanlı, silisium-
manqanlı poladlardan (əlavə 3) hazırlanmış tutumlar üçün gövdənin divarının qalınlığından asılı
olmayaraq tutumun qaynaq tikişinin kənarından elementin qaynaq tikişinə qədər olan məsafə 20
mm-dən kiçik olmamalıdır.
2.4.7. Üfüqi tutumlarda ümumi uzunluqda 0.35 πD - dən çox olmayan, astar təbəqə olduğu
halda isə 0,5 πD-dən böyük olmayan halqavari (eninə) qaynaq tikişlərini yerli yəhər dayaqlarla
örtməyə yol verilir (burada D – tutumun xarici diametridir). Bu halda bütün uzunluq boyunca
qaynaq tikişlərinin örtülən hissələri radioqrafiya və ya ultrasəs defektoskopiya üsulu ilə
yoxlanmalıdır. Qaynaq tikişlərinin kəsişdiyi yerləri örtməyə yol verilmir.
2.4.8. Tutumların müxtəlif qalınlığa malik divarların elementlərinin uc-uca qaynaq
birləşmələrində daha qalın elementin kənarının tədricən nazikləşdirilməsi yolu ilə bir
elementdən digərinə hamar keçidi təmin olunmalıdır. Keçid səthlərin maillik bucağı 20
o
-dən çox
olmamalıdır.
Əgər birləşdirilən elementlərin qalınlığında olan fərq nazik elementin qalınlığının 30%-dən
az hissəsini təşkil edirsə və 5 mm-dən çox deyilsə, o zaman qalın elementi əvvəlcədən
nazikləşdirmədən qaynaq tikişinin tətbiq olunmasına yol verilir. Qaynaq tikişinin forması qalın
elementdən nazik elementə hamar şəkildə keçidi təmin etməlidir.
Tökmə detallar borudan, prokatdan və ya döymədən ibarət detallarla uc-uca birləşdirilərkən
tökmə detalın nominal hesablama qalınlığı borudan, prokatdan və ya döymədən olan detalların
analoji hesablama qalınlığının 25-40%-dən çox olmalıdır, ona görə qalın elementdən nazik
elementə keçid elə yerinə yetirilməlidir ki, tökmə detalın qalınlığının sonu hesablama
ölçüsündən az olmasın.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin