Əlavə 5
EYNİTİPLİ QAYNAQ BİRLƏŞMƏLƏRİ ANLAYIŞLARININ TƏYİNİ
Eynitipli qaynaq birləşmələri aşağıdakı ümumi əlamətləri olan qaynaq birləşmələri qrupudur:
а) qaynaq üsulu;
b) əsas metalın markası (markaların birləşməsi).
Bir qrupda texnologiyaya uyğun olaraq qaynaq üçün eyni markalı (markaların birləşməsini) qaynaq
materialların
tətbiqi nəzərdə tutulmuş, müxtəlif markalı poladlardan hazırlanmış detalların qaynaq
birləşmələrini birləşdirməyə icazə verilir;
c) qaynaq materiallarının markası (markaların birləşməsi). Bir qrupda texnologiyaya uyğun olaraq
qaynaq üçün eyni markalı poladlardan hazırlanmış detalların qaynaq olunması üçün müxtəlif markalı
(markaların birləşməsini) qaynaq materiallarını tətbiq etməklə yerinə yetirilmiş
qaynaq birləşmələrini
birləşdirməyə icazə verilir; elektrodlar ГОСТ 9466 üzrə eni növ örtük qatına (əsas, rutil, sellüloz turş)
malik olmalıdırlar.
d) qaynaq zonasında qaynaq olunan detalların nominal qalınlığı. Bir qrupda nominal qalınlığı aşağıda
göstərilən diapazonlardan birinə aid olan, qaynaq zonasındakı detalları birləşdirməyə icazə verilir:
3 mm -ə qədər (3mm daxil olmaqla);
3 -dən 10 mm -ə (daxil olmaqla) qədər;
10 -dan 50 mm -ə (daxil olmaqla)
qədər; 50 mm -dən böyük.
Bucaq, tavr, və düyünlü birləşmələr üçün göstərilən diapazonlar qaynaq olunan detallara aiddir; əsas
detalların qalınlığını nəzərə almamağa icazə verilir;
e) qaynaq zonasında əyrilik radiusu. Bir qrupda qaynaq zonasında (borular üçün – nominal xarici
diametrin yarısı ilə) ərilik radiusu aşağıda göstərilən diapazonlardan birinə aid olan detalların qaynaq
birləşmələrini birləşdirməyə icazə verilir:
12,5 mm -ə qədər (12,5 mm daxil olmaqla);
12,5 -dən 50 mm -ə (daxil olmaqla) qədər;
50 -dən 250 mm -ə (daxil olmaqla) qədər;
250 mm -dən böyük (yastı detallar daxil olmaqla).
Bucaq, tavr və üst-üstə qaynaq birləşmələri üçün göstərilən diapazonlar qaynaq olunan detallara
aididdir; əsas detalların əyrilik radiuslarını nəzərə almamağa icazə verilir.
ə) qaynaq birləşməsinin növü (uc-uca, bucaq, tavr, üst-üstə). Bir qrupda ştuserləri (boruları) tutumun
elementlərinə birləşdirən qaynaq tikişindən başqa, bucaq tavr və düyünlü birləşmələri birləşdirmək olar;
f) kənarların hazırlanma forması. Bir qrupda aşağıdakı kənarların hazırlanma formasına aid qaynaq
birləşmələrini birləşdirmək olar: