6. Vaxt göstəricilərinin qeyd edilməsi
6.1. Vaxt göstəricilərinin qeyd edilməsi xidməti zamanı vaxt göstəricisinin yaradılması, onun xidmətin istifadəçisinə təqdim edilməsi, qeydiyyatının aparılması və saxlanılması həyata keçirilir.
6.2. Mərkəz vaxt göstəricilərinin qeydiyyatı xidmətini göstərdikdə, fəaliyyəti üzrə ümumi tələblərlə yanaşı, vaxt göstəricilərinin qeydiyyatı ilə bağlı olan tələblərə də riayət etməli və müvafiq tənzimləyici sənəd əsasında fəaliyyət göstərməlidir. Mərkəz yalnız vaxt göstəricilərinin qeydiyyatı xidməti göstərdikdə isə sertifikatlarla bağlı fəaliyyəti tənzimləyən sənədləri hazırlamalıdır.
6.3. Vaxt göstəricisində saniyə dəqiqliyi ilə ümumdünya əlaqələndirilmiş vaxtla sinxronlaşdırılmış Bakı vaxtı istifadə edilir və yaradılma anında gücləndirilmiş elektron imza ilə qeyd edilir.
6.4. Vaxt göstəricisinin yoxlanılması istifadəçinin imza yoxlama məlumatı əsasında aparılır.
6.5. Vaxt göstəricilərinin qeydiyyatı mövcud tələblərin pozulması ilə həyata keçirildikdə, xüsusən, vaxtın dəqiqliyinə riayət olunmadan və ya qüvvədə olmayan təkmil sertifikata malik gücləndirilmiş imzadan istifadə edildikdə, vaxt göstəricisi həqiqi sayılmır.
Dostları ilə paylaş: |