Qaydalar «Elektron imza və elektron sənəd haqqında»



Yüklə 370,09 Kb.
səhifə1/21
tarix07.01.2022
ölçüsü370,09 Kb.
#82813
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   21

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2006-cı il 28 yanvar

tarixli 27 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən

mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanının 1.6-cı bəndinə uyğun hazırlanmışdır və elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən sertifikat xidmətləri mərkəzinin (bundan sonra - Mərkəz) qeydiyyatı və akkreditə edilmə qaydalarını müəyyən edir.

1.2. Mərkəzin qeydiyyat məlumatları Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra - RİTN) tərəfindən aparılan sertifikatlar reyestrinə daxil edildikdən sonra Mərkəz qeydiyyatdan keçmiş hesab edilir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikasında qeydiyyatdan keçmək istəyən xarici mərkəzlərə də şamil edilir.


Yüklə 370,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin