Qaydalar «Elektron imza və elektron sənəd haqqında»



Yüklə 370,09 Kb.
səhifə17/21
tarix07.01.2022
ölçüsü370,09 Kb.
#82813
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   21
13. Kadrlara aid tələblər
13.1. Mərkəzlər fəaliyyətlərini təmin etmək məqsədi ilə bilikli, təcrübəli və səriştəli, həmçinin öhdəliklərini yerinə yetirmək üçün kifayət edən sayda işçi heyətə malik olmalıdırlar.

13.2. Mərkəzin texniki işçi heyəti ən azı aşağıda göstərilən sahələrdə təcrübəyə malik olmalıdır:

təhlükəsizlik texnologiyası, kriptoqrafiya, elektron imzanın idarəedilmə infrastrukturu;

təhlükəsizliyin qiymətləndirilməsi üzrə texniki normalar;

informasiya sistemləri.

13.3. Akkreditə edilmiş Mərkəzdə qeydiyyat inzibatçısı, sertifikat inzibatçısı, təhlükəsizlik inzibatçısı və sistem inzibatçısı vəzifələri nəzərdə tutulmalıdır.

Qeydiyyat inzibatçısı sertifikatların yaradılması və ləğvi, qüvvəsinin dayandırılması və bərpa edilməsi zamanı imza sahiblərinin müəyyənləşdirilməsini həyata keçirir.

Sertifikatlaşdırma inzibatçısı sertifikatların hazırlanmasına, sertifikatların reyestrlərinin aparılmasına və Mərkəzin imza yaratma məlumatlarının saxlanılmasına və istifadəsinə məsuldur.

Təhlükəsizlik inzibatçısı informasiya mühafizəsi xidmətinin tərkibində fəaliyyət göstərir və Mərkəzin informasiya mühafizəsi sisteminin işləməsinə cavabdehdir.

Sistem inzibatçısı Mərkəzin informasiya sisteminin proqram-texniki kompleksinin işinə cavabdehdir.

Təhlükəsizlik inzibatçısı vəzifəsinin digər vəzifələrlə birgə icrası qadağandır, bu qayda imkan daxilində digər vəzifələrə də şamil edilməlidir.


Yüklə 370,09 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin