təsdiq edilmişdir
Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanının 1.7-ci bəndinə uyğun olaraq sertifikat xidmətləri mərkəzlərinin (bundan sonra - Mərkəz) fəaliyyətinin təşkili, o cümlədən sertifikat xidmətlərinin göstərilməsi, sertifikatların verilməsi və onların reyestrinin aparılması qaydalarını tənzimləyir.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasında fəaliyyət göstərən sertifikat xidmətləri mərkəzlərinin və akkreditə edilmiş sertifikat xidmətləri mərkəzlərinin (bundan sonra - akkreditə edilmiş Mərkəz) fəaliyyətinə şamil edilir.
Korporativ informasiya sisteminə xidmət edən mərkəzlərin fəaliyyəti «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) tələbləri nəzərə alınmaqla, sistemin daxili normativ sənədləri ilə tənzimlənir.
Dostları ilə paylaş: |