Maddə 177. Məhkəmə iclasında qaydanı pozan şəxslər haqqında görülən tədbirlər
177.1. Məhkəmə iclasına vaxtında gəlməyən və yaxud məhkəmə iclasında qaydanı pozan şəxslərə sədrlik edən məhkəmənin adından xəbərdarlıq edir.
177.2. Qaydanı təkrar pozan şəxs sədrlik edənin qərardadı ilə məhkəmə iclası zalından çıxarılır.
177.3. Sədrlik edən məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq, onları əlli beş manatadək cərimə etməyə və yaxud 3 saatdan 24 saata kimi tutmağa haqlıdır.
177.4. Məhkəmə iclasında qaydanı pozan şəxsin əməlində cinayət tərkibi olarsa, hakim onun barəsində cinayət işi başlamaq üçün materialları müvafiq orqanlara göndərir.
177.5. Məhkəmə iclasında olan şəxslər tərəfindən qaydalar kütləvi şəkildə pozulduqda, hakim işdə iştirak etməyən bütün şəxsləri məhkəmə iclası zalından çıxara bilər.
177.6. İşdə iştirak edən şəxs tərəfindən qaydalar təkrar pozulduqda, onlar məhkəmənin qərardadı ilə məhkəmə baxışının bütün müddətində və yaxud bir hissəsində məhkəmə iclası zalından çıxarıla bilər. Yenidən məhkəmə iclası zalına buraxılan şəxs onun iştirakı olmadan həyata keçirilən prosessual hərəkətlərlə tanış ola bilər.
Dostları ilə paylaş: |