Maddə 178. Məhkəmə iclasının açılması
İşə baxılması üçün təyin olunmuş vaxtda hakim məhkəmə iclasını açır və məhkəmənin hansı işə baxmalı olduğunu elan edir.
Maddə 179. Məhkəmə prosesi iştirakçılarının gəlməsini yoxlama
179.1. Məhkəmə iclasının katibi həmin iş üzrə çağırılanlardan kimin gəldiyini, gəlməyənlərə məhkəmə bildirişlərinin verilib-verilmədiyini və onların gəlməmələrinin səbəbləri barədə nə kimi məlumatlar olduğunu məhkəməyə məruzə edir.
179.2. Sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir, vəzifəli şəxslərin və nümayəndələrin səlahiyyətlərini yoxlayır.
Dostları ilə paylaş: |