Qaydalar Fəsil 1 Əsas qaydalar Maddə Mülki məhkəmə icraatı haqqında qanunvericilik


Maddə 348. İşin məhkəmədə baxılmağa hazırlanması



Yüklə 1,4 Mb.
səhifə206/302
tarix07.01.2022
ölçüsü1,4 Mb.
#84866
növüQaydalar
1   ...   202   203   204   205   206   207   208   209   ...   302
Maddə 348. İşin məhkəmədə baxılmağa hazırlanması

 

348.1. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi halı istisna olmaqla, işi məhkəmədə baxılmağa hazırlayarkənhakim ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə övladlığa götürmənin əsaslığı və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında məhkəməyə rəy verməyə borclu olan övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə qəyyumluq və himayəçilik orqanına göndərilməsi haqqında qərardad çıxarır. Həmin qərardadla iş üzrə icraat rəy alınanadək dayandırılır. 



348.2. Məhkəməyə təqdim edilmiş qəyyumluq və himayəçilik orqanının rəyinə aşağıdakılar əlavə olunmalıdır:

348.2.1. övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə və ya övladlığa götürənlərin (götürənin) yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanının tərtib etdiyi övladlığa götürənlərin (götürənin) həyat şəraitinin müayinə aktı;

348.2.2. övladlığa götürülən uşağın səhhətinin vəziyyəti, fiziki və əqli inkişafı haqqında tibbi rəy;

348.2.3. övladlığa götürülən uşağın doğum haqqında şəhadətnaməsi;

348.2.4. on yaşına çatmış övladlığa götürülən uşağın övladlığa götürülməsinə, eləcə də onun adının, soyadının və atasının adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin (götürənin) onun valideynləri kimi yazılmasına razılığı (qanuna əsasən belə razılıq tələb olunmayan hallar istisna olmaqla);

348.2.5. qanunda valideynlərinin razılığı olmadan uşağın övladlığa götürülməsinə yol verilən hallardan başqa, uşağın valideynlərinin onun övladlığa götürülməsinə notariat qaydasında təsdiq edilmiş razılığı; 

348.2.6. uşağın qəyyumunun (himayəçisinin), ögey valideynlərinin və ya valideynlərinin himayəsindən məhrum olmuş uşağın qaldığı müəssisə rəhbərinin onun övladlığa götürülməsinə razılığı;

348.2.7. uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldükdə, övladlığa götürülənin mərkəzləşdirilmiş qeydiyyatda olmasını, habelə vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənəd. 

348.3. Zəruri hallarda məhkəmə digər məlumatları da tələb edə bilər.

348.4. Qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə daxil olduqdan sonra hakimin qərardadı ilə iş üzrə icraat təzələnir və iş məhkəmə iclasında baxılmağa təyin edilir.



348.5. Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman məhkəmə müvafiq icra hakimiyyəti orqanından razılığa əsas olmuş qəyyumluq və himayəçilik orqanı tərəfindən verilmiş vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənədləri və övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəyi, həmçinin övladlığa götürülənin ümumi uçotda olmasını və övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının təqdim etdiyi müvafiq sənədləri tələb edir. 

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin