Maddə 355-14. Aktivlərin dondurulması ilə bağlı tədbirlərin ləğvi
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında qətnamə qəbul edildikdən sonra aktivlərin dondurulması üçün əsaslar aradan qalxdıqda, aktivləri dondurulmuş şəxsin və ya müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən məhkəmə tərəfindən 5 gün müddətində aktivlərin dondurulması tədbirlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilir.
Fəsil 40-5
Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat
Maddə 355-15. Ərizənin verilməsi
355-15.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada bank onun öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar məhkəməyə müraciət edir.
355-15.2. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında ərizə bankın yerləşdiyi yer üzrə məhkəməyə verilir.
Dostları ilə paylaş: |