Maddə 355-21. Ərizənin məzmunu
Ərizədə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar, internet informasiya ehtiyatı barədə məlumatlar, məhkəməyə qədər görülmüş tədbirlər qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.
Maddə 355-22. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi
355-22.1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
355-22.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
355-22.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
355-22.4. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
355-22.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.
Dostları ilə paylaş: |