358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər:
358.0.1. rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki //çıxarılıb// kollegiyalarına;
358.0.2. inzibati-iqtisadi məhkəmələrin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarına və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına;
358.0.3. Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına.