Maddə 180. Tərcüməçiyə onun vəzifələrinin izah edilməsi
180.1. Sədrlik edən məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin izahatlarını, ifadələrini, vəsatətlərini tərcümə etmək, həmin şəxslərə isə işdə iştirak edən şəxslərin və şahidlərin ifadələrini, izahatlarını, vəsatətlərini, işdə olan və elan edilən sənədlərin, səsyazmaların, ekspert rəylərinin, mütəxəssis məsləhətlərinin məzmununu, habelə sədrlik edənin sərəncamlarını, məhkəmə qərardad və qətnamələrini tərcümə etmək vəzifəsini ona izah edir.
180.2. Sədrlik edən tərcüməçiyə, bilə-bilə düzgün edilməyən tərcüməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edir, bu barədə tərcüməçinin iltizamı məhkəmə iclasının protokoluna əlavə edilir.
180.3. Tərcüməçi məhkəməyə gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun qaçırdıqda, ona yüz on manatadək cərimə tətbiq edilə bilər.
180.4. Bu maddənin qaydaları kar və lalların işarələrini izah edən (surdotərcüməçi) şəxslərə də aiddir.
Dostları ilə paylaş: |