Qaydalar Fəsil 1 Əsas qaydalar Maddə Mülki məhkəmə icraatı haqqında qanunvericilik


Maddə 266. Məhkəmə qərardadının surətlərinin işdə iştirak edən şəxslərə



Yüklə 1,4 Mb.
səhifə171/302
tarix07.01.2022
ölçüsü1,4 Mb.
#84866
növüQaydalar
1   ...   167   168   169   170   171   172   173   174   ...   302
Maddə 266. Məhkəmə qərardadının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsi

 

266.1. Məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. 



266.2. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir. 

 

Maddə 267. Qərardadlardan şikayət verilməsi

 

267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.



267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.

267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

 

Maddə 268. Şikayətin verilmə müddəti

 

268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 



268.2. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin