Qaydalar Fəsil 1 Əsas qaydalar Maddə Mülki məhkəmə icraatı haqqında qanunvericilik


Maddə 347. Ərizəyə əlavə edilən sənədlər



Yüklə 1,4 Mb.
səhifə205/302
tarix07.01.2022
ölçüsü1,4 Mb.
#84866
növüQaydalar
1   ...   201   202   203   204   205   206   207   208   ...   302
Maddə 347. Ərizəyə əlavə edilən sənədlər

 

347.1. Övladlığa götürmə barədə ərizəyə aşağıdakılar əlavə olunmalıdır:



347.1.1. uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;

347.1.2. uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;

347.1.3. uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə—digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;

347.1.4. övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;

347.1.5. övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;

347.1.6. yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.

347.2. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə bu Məcəllənin 347.1.1—347.1.6-cı maddələrində göstərilən sənədlər, müvafiq icra hakimiyyəti orqanının razılığı, habelə övladlığa götürənlərin vətəndaşları olduqları dövlətin (uşaq vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə həmin şəxslərin daimi yaşayış yeri olan dövlətin) səlahiyyətli orqanının onların həyat şəraiti və övladlığa götürmək imkanları barədə rəyi, müvafiq dövlətin səlahiyyətli orqanının övladlığa götürülən uşağın onun ərazisinə gəlməsinə və orada yaşamasına icazəsi əlavə olunur. 

347.3. Əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə bu Məcəllənin 347.1.1—347.1.6-cı maddələrində göstərilən sənədlər, habelə uşağın qanuni nümayəndəsinin və vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının razılığı və göstərilən dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə əsasən tələb olunduqda, uşağın övladlığa götürülməyə razılığı əlavə olunur. 

347.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin sənədləri müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır. Leqallaşdırıldıqdan sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin