Maddə 355-19. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qətnamənin qəbul edilməsi
355-19.1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının ərizəsinə bankın yerləşdiyi yer üzrə məhkəməyə verildikdən sonra 10 gün ərzində baxılıb qərar qəbul edilir.
355-19.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
355-19.3. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
Fəsil 40-6.
İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat