Qaydaları Məqalənin mətni "Times New Roman"



Yüklə 13.36 Kb.
tarix25.05.2018
ölçüsü13.36 Kb.


Məqalənin tərtib olunması qaydaları

- Məqalənin mətni “Times New Roman” şriftində, sətirlərarası interval 1.5, hərflər 14 şrift, hər tərəfdən (sağ-sol, aşağı-yuxarı) 2,5 sm ölçülərində olmaqla tərtib edilməlidir.

- Məqalənin mətni 5 səhifədən az olmamalıdır.

- Məqalənin əvvəlində sətrin ortasından müəllifin adı və soyadı tünd-qara şriftlə, aşağıdan müəllifin elmi dərəcəsi, imeyli, əlaqə nömrəsitəşkilatın adı kursivlə yazılmalıdır.

- Müəllifə dair məlumatlardan sonra məqalənin adı böyük və tünd-qara hərflərlə yazılmalıdır.

- Məqalənin adından sonra xülasə və açar sözlər verilməlidir. Xülasənin həcmi 5 cümlədən az olmamalı, açar sözlər isə 5 sözdən ibarət olmalıdır. Azərbaycan dilində olan məqalələrin xülasə və açar sözləri ingilis dilində, türk, rus və ingilis dillərində olan məqalələrin xülasə və açar sözləri isə Azərbaycan dilində tərtib olunmalıdır.

- Konfransa tədqim olunmuş məqalələr bundan əvvəlki heç bir elmi konfransın və ya jurnalın materiallar toplusunda çap olunmamlıdır.

- Məqalədə ədəbi dil normalarına ciddi əməl olunmalı, onun məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.

- Məqalələrin konfrasda məruzə müddəti 15 dəqiqədən çox olmamalıdır. Hər məruzənin müzakirəsinə 5 dəqiqə vaxt ayrılır. Məruzə zamanı texniki vasitələrdən istifadə oluna bilər.

- Məqalənin sonunda əlifba sırası ilə “Ədəbiyyat” qeyd olunmalı və aşağıdakı şəkildə tərtib edilməlidir:



Kitab:

Tək müəllifli:

Hacıyev T. Türklər üçün ortaq ünsiyyət dili. Bakı: Təhsil, 2012, 234 s.



Elmi müəssisənin kollektiv müəllifli nəşri:

Müasir Azərbaycan dili: 2 cilddə, II c., Bakı: Az. SSR EA, 1980, 542 s.



Məqalə:

Vəliyev M. Klassik Azərbaycan poeziyasında lirik qəhrəmanın ikili xarakteri // «Filologiya məsələləri», № 2, Bakı, 2014, s. 400-404

- İstinadlar yalnız mətnin içərisində verilməli və göstərilən nümunəyə uyğun olmalıdır: (8, s. 120).

Bu tələbələrə cavab verməyən məqalələr qəbul olunmayacaq.
*** Məqalənin hazırlanmasına dair nümunə forması


Məmməd Əliyev

filologiya üzrə elmlər doktoru, professor

Bakı Dövlət Universiteti

m_aliyev@mail.ru // 050 741 21 85



MƏQALƏNİN ADI

Açar sözlər: (məqalənin yazıldığı dildə)

Xülasə (5-10 cümlə arası)

MƏQALƏNİN ADI

Xülasənin mətni



Xülasənin yazıldığı dildə açar sözlər(5 söz)

Açar sözlər: (kursivlə)

Məqalənin mətni

Ədəbiyyat




TƏŞKİLAT KOMİTƏSİ İLƏ ƏLAQƏ
Tel.: 055 -418-35-32; 055-465-95-40

BDU / 1 saylı tədris binası / Filologiya fakültəsi / “Türkoloji araşdırmalar” ETL / otaq 206

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə