Yük (sərnişin) avtomobil nəqliyyatı xidmətlərinin ümumi həcminə aşağıdakılar daxildir:
yük avtomobilləri, pikaplar və minik avtomobillərinin şassisi üzərində
furqonlar və avtomobil qoşquları ilə yerinə yetirilən yük daşımalarının məcmu
həcmi;
istismarda olan marşrut avtobusları (pulsuz gediş hüququndan istifadə
edən sərnişinlər də daxil edilməklə), marşrut taksimotorları və sifarişlə işləyən
avtobuslar ilə sərnişin daşımalarının məcmu həcmi.
Avtomobil nəqliyyatı ən kütləvi, mobil və çətinliklə uçota alınan nəqliyyat növüdür. Burada statistik müşahidə ilə əhatə olunmayan və qiymətləndirilməli olan qeyri-formal fəaliyyət mövcuddur.
avtomobil nəqliyyatı vasitələrinin sürücüləri tərəfindən şəxsi gəlir əldə
etmək məqsədi ilə iqtisadiyyatın leqal sektorunun (dövlət, səhmdar, idarə
tabeçilikli, özəl, lisenziyalar üzrə işləyən və s.) avtomobil nəqliyyatının kənar
(ikinci dərəcəli) fəaliyyəti və ya vergi ödəməkdən yayınmaq üçün fəaliyyətin
nəticələrinin bir hissəsinin gizlədilməsi.
Bu mərhələdə kommersiya daşımaları üçün lisenziyası olmayan avtomobil nəqliyyatı ilə yerinə yetirilən daşınma işlərinin əlavə həcmi qiymətləndirilir.