İnformasiya texnologiyaları ilə bağlı iqtisadi fəaliyyət növləri
İqtisadiyyatın informasiya texnologiyaları tətbiq edilən bölməsi, müvafiq olaraq, informasiya texnologiyalarının istehsalı, yayılması və tətbiqi ilə bağlı iqtisadi fəaliyyət növlərinin məcmusu kimi müəyyən olunur. Bu və ya digər sahənin təsnifləşməsinin müəyyən olunması verilən bölmənin xarakterik xüsusiyyətləri ilə bağlı bir sıra çətinliklərlə qarşılaşır. Əvvəla, iqtisadiyyatın informasiya texnologiyaları tətbiq edilən bölməsi, adət etdiyimiz kimi, iqtisadiyyatın bir sahəsi deyil, informasiya texnologiyaları ilə bu və ya digər şəkildə bağlı olan mal və xidmətlər müxtəlif fəaliyyət növləri ilə məşğul olan müəssisələr tərəfindən istehsal olunur. İkincisi, maddi və qeyri-maddi komponentləri özündə əks etdirən informasiya texnologiyalarının kompleksliyini nəzərə alsaq, bu bölmə həm müəyyən malların istehsalını, həm də qarşılıqlı araşdırılan müvafiq xidmətləri əhatə edir. Üçüncüsü, iqtisadiyyatın informasiya texnologiyaları tətbiq edilən bölməsi olduqca intensiv şəkildə inkişaf edir, ənənəvi statistik təsnifatlarda nəzərə alınmayan yeni məhsul və xidmətlər meydana çıxır, digər məhsul və xidmətlər isə köhnəlir. Ona görə də informasiya texnologiyaları sahəsində məhsul və xidmətlərin qruplaşdırılması daim yeniləşməlidir.
İqtisadiyyatın informasiya texnologiyaları tətbiq edilən bölməsinə aid edilən iqtisadi fəaliyyət nəticəsində yaranmış mal və xidmətlər informasiya texnologiyaları ilə bağlı mal və xidmətlərdir.
İqtisadiyyatın informasiya texnologiyaları tətbiq edilən bölməsinin tərkibinin müəyyən olunması üçün tədqiq etdiyimiz üsul (cədvəl 1) iqtisadi fəaliyyət növləri, məhsul və xidmətlər təsnifatına əsaslanır. Bəzi hallarda bu və ya digər iqtisadi fəaliyyət növünün nəticəsi olaraq, informasiya texnologiyaları ilə bağlı, eləcə də onlarla bağlı olmayan məhsul və xidmətlərin olacağını nəzərə almaq vacibdir.
Cədvəl 1
Dostları ilə paylaş: |