Biliyə əsaslanan iqtisadiyyatın göstəriciləri aşağıdakılardır: Şəbəkə çıxışı. İnformasiya infrastrukturları.
Telefon yayımı (hər 100 adama düşən telefon xətlərinin sayı)
Mobil telefonların yayımının artması (%)
Mobil telefon abunəçilərinin ümumi sayı
Hər 1000 nəfər hesabı ilə mobil abunəçilərinin sayı
Radio yayımı (əhalinin %-lə nisbəti)
Artma istiqaməti
Kabel TV abunəçilərinin ümumi sayı
Kabel TV abunçiləri, ailələrin %-lə nisbəti
İnternetin mövcudluğu
İSP təminatçılarının ümumi sayı
İSP-lərin əksəriyyətini hansı növ şəbəkə təmin edir (mikrodalğa/radio…)
Alınmayan daxili zənglərin %-lə nisbəti
İSP-lər arasında rəqabət varmı?
İçtimaiyyətdə internetə çıxış üçün hansı imkanlar var (kitabxanalar, internet kafeləri və s.)?
İcarə üçün ayrılmış xətlər mövcuddurmu? Rəqabət aparan təminatçılar varmı?
1.3. İnternet əldə etmək imkanı
İnternetə çıxışın ödəniş qiymətləri neçəyədir (nağdsız çıxış, hər dəqiqəyə ödəniş)?
Əhalinin çox və ya az hissəsinin internetlə təmin olunması imkanı varmı (orta hesabla əmək haqqı ilə müqayisə)?
Xətt icarəsinin ödəniş qiymətləri neçədir?
Kiçik müəssisələrin və vətəndaşların bu ödənişləri yerinə yetirmək imkanı varmı?
1.4. Şəbəkə surəti və keyfiyyəti
Telefon zənglərinin neçə faizi alınır?
Səs keyfiyyəti necədir?
Hər 100 telefon xəttində ildə neçə nasazlıq qeydə alınır?
Nasazlığı düzəltməyə nə qədər vaxt sərf olunur (48 saat, bir həftə, bir ay və s.)?
Yerli kommunikasiya infrastrukturları hansı xidmətləri təşkil edir: e-mail, yüksək sürətli modem qoşulması və sürətin hansı səviyyədə olması?
Əsas şəbəkələrin sayı kifayətdirmi? Tələbatın pik vaxtlarında kifayətdirmi?
Şəbəkədə itkilərin faizi necədir?
1.5. Kompüter avadanlığı və proqram təchizatı.
Yerli kompüter avadanlığı və proqram təchizatı üzrə satış məntəqələri varmı?
Kompüter avadanlığı və proqram təchizatı üçün qiymətlər əhalinin/müəssisələrin əksəriyyətinin imkanı daxilindədirmi?
Milli dildə proqramlar varmı?
Proqramlar idxal edilib yerli dilə tərcümə olunurlarmı? (idxal olunmuş, yerli dilə tərcümə edilmiş, ölkədə yaradılmış proqram və kompüter avadanlığının ümumi rəqəmlərlə ifadə edilmiş faizləri).
Kompüter avadanlığı və proqramların topdan və pərakəndə satış bazarı rəqabəti və inkişafı mövcuddurmu?
1.6. Xidmət və texniki yardım.
Telefon xəttinin çəkilməsi üçün hansı müddəti gözləmək lazımdır (gözləyənlərin ümumi sayı, gözləmə müddəti: günlər, həftələr, aylar, illər)?
Telefon xəttində qeydə alınmış nasazlığın düzəldilməsi üçün neçə müddət gözləmək lazımdır (dəqiqələr, saatlar, günlər və s.)?
Proqram tərtibatçıları, internet dizaynerləri, şəbəkə administratorları və digər texniki heyət varmı və varsa onların sayı (harada işləyirlər, işlə təmin olunublarmı)?