İnformasiya texnologiyaları ilə bağlı xidmətlər
Xidmətlərin növləri
|
Tərkib
|
Kod
|
Kompüterlərin alın-ması, quraşdırılması və istismarı ilə bağlı kompüter texniki vasitələri üzrə məsləhət xidmətləri
|
İstifadə olunan proqram təminatı ilə əlaqəli texniki təminat və konfiqurasiya üzrə məsləhətlər. Bu məsləhətlərə adətən istifadəçinin tələbat və prob-lemlərinin təhlili, kompüter kompleksləri və sisteminin əldə edilməsi və istifadəsinin daha səmərəli və qənaətcil həlli üzrə təklif və tövsiyələr daxildir
|
|
Proqram təminatı üzrə məsləhət xidmətləri
|
İstifadəçinin tələbat və problemlərinin təhlili, onların daha qənaətcil həlli və bu məsələhin həyata keçirilməsi üçün zəruri proqram təminatının işlənib hazırlanması. Bu xidmətlərə köməkçi materialların müşayiəti, uyğunlaşdırılması, təchizatı və həm hazır standart proqram təminatı, həm də istehlakçının sifarişi üzrə hazırlanmış proqram təminatının sənədləşməsi daxildir. Bu qrupda texniki vasitələrlə bağlı proqram təminatları üzrə məsləhətlər nəzərə alınmır
|
|
İnformasiya təminatı və məlumatların işlənməsi üzrə məsləhət xidmətləri; məlumatların ha-zırlanması və daxil edilməsi üzrə xid-mətlər
|
İnformasiya təminatı və məlumatların işlənməsi üzrə məsləhətlər, informasiya təminatının təşkili (məlu-matların yığılması sistemi, giriş və çıxış formaları, normativ-texniki və hüquqi təminat) məsələləri ilə bağlı məlumatların hazırlanması və daxil edilməsi üzrə xidmətlər
|
|
Avtomatlaşdırılmış informasiya sistem-ləri, elmi tədqiqatlar üçün sistemlər, kompüter məlumat bazaları əsasında layihələndirmə və idarəetmə sistem-lərinin işlədilməsi üzrə xidmətlər
|
Avtomatlaşdırılmış informasiya sistemləri, elmi tədqiqatlar üçün sistemlər, kompüter məlumat bazaları əsasında layihələndirmə və idarəetmə sistemlərinin işlənib hazırlanması. Bu qrupa diaqnostika və ekspert sistemləri, qərar qəbul edilməsinə kömək sistemlərinin işlənib hazırlanması, elektron kartotekaları da daxildir
|
|
Ofis, elektron-he-sablama maşın-larının və onlarla birgə istifadə olunan periferiya avadan-lığının texniki xidməti və təşkilati texnikanın təmiri üzrə xidmətlər
|
Elektron hesablama maşınları və onlarla birgə istifadə olunan periferik avadanlıqlara texniki xidmət və təmir, lokal hesablama şəbəkələrinin sazlanması və onlara xidmət
|
|
Sistem və tətbiqi proqram vasitələ-rinin (PV) işlədilməsi üzrə xidmətlər
|
İstehlakçının sifarişi ilə sistem və tətbiqi PV-nin işlənməsi. Sistem PV əməliyyat sistemlərinə və onların yayılması vasitələri, məlumat bazalarını idarəetmə PV, proqramların yaradılması və çevrilməsi vasitələri, interfeys PV və kommunikasiya idarəetməsi, hesablama prosesinin təşkili və servis proqramlarının PV və testlər də daxil olmaqla, hesablama texnikasına xidmət PV daxildir. Tətbiqi PV-i layihələndirmə, texniki vasitələri və texnoloji prosesləri idarəetmə, təşkilati – iqtisadi məsələlərin, tədris, modelləşmə və təcrübi fəaliyyətlə bağlı digər məsələlərin həlli üçün tətbiqi proqramlardan ibarətdir
|
|
Elektron informasiya məlumatları xid-mətləri
|
İstehlakçının sifarişi ilə məlumatların ötürülməsi şəbəkəsi üzrə informasiyanın təqdim olunması
|
|
Telematik xidmətlər və məlumatların ötü-rülməsi üzrə xidmət-lər
|
Xidmətlərin təqdim olunmasına verilən lisenziyaya müvafiq olaraq göstərilən xidmətlər. Müvafiq qruplara aid edilən bu və ya digər xidmətlərin şərhini rəhbər tutan növün konkret xidmətlərin təyin olunması lisenziyalara əlavədə verilir
|
|
İT sahəsində tədris üzrə xidmətlər
|
İT-nin (texniki və proqram vasitələri, sistemlərin layihələndirilməsi, işlənməsi, istifadəsi, məlumat bazalarının layihələndirilməsi və istismarı, məlumatların ötürülməsi şəbəkəsinin tətbiqi ilə informasiya üzrə iş və i.a.) işlənməsi və istifadəsi ilə bağlı tədris
|
|
İT ilə bağlı digər xidmətlər
|
Digər qruplarda nəzərə alınmayan digər xidmətlər
|
|
Yaradıcı fəaliyyətin məhsulu olan kompüter proqramları və məlumat bazaları intellektual mülkiyyət obyektidir və müəllif hüquqlarına aiddir. Iqtisadi dəyər kimi onlar da real gəlir gətirə bilər və qeyri-material aktivlərinin tərkibində nəzərə alına bilər.
İnformasiya texnologiyaları bölməsi müəssisələrinin birdəfəlik müayinəsi il ərzində bütün maliyyə mənbələrinin hesabına onların yaratdığı məsrəflərin qiymətləndirilməsini nəzərdə tutur. Müəssisələr məhsul istehsalı və onların satışına, işlərə, xidmətlərə (topdan və pərakəndə satışın təşkili-tədavül xərcləri haqqında), onlardan işçilərin əməyinin ödənilməsinə çəkilən xərclər; əsas kapitala və qeyri-materiallara yönəldilən investisiyalar haqqında məlumatları təqdim edir.
İnformasiya texnologiyaları bölməsinin müəssisələri üzrə işçilərin siyahı tərkibli, sayı haqqında məlumatlar onların kateqoriyalar üzrə xüsusi qruplaşması ilə tamamlana bilər. Bu cür qruplaşma Məşğulluq növləri təsnifatı əsasında qurulmalıdır. Bu qruplaşmanın tərkibində işçiləri aşağıdakı kateqoriyalara bölürlər: yüksək ixtisaslı mütəxəssislərin sayından - kompüter sistemləri analitikləri və onları işləyib hazırlayanlar, proqramçılar, mühəndis-elektroniklər, rabitə və cihazqayırma üzrə mühəndislər; orta ixtisaslı mütəxəssislər arasında – texniklər və EHM-ə xidmət üzrə operatorlar, texnik-elektroniklər və telekommunikasiya üzrə texniklər.
Dostları ilə paylaş: |