Qaydaları Ümumi müddəalar Yük (sərnişin) avtomobil nəqliyyatı xidmətlərinin ümumi həcminə aşağıdakılar daxildir



Yüklə 0,66 Mb.
səhifə14/37
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#107425
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
12. İqtisadi-statistik təhlil. Aparılmış müayinənin nəticələrinə və müayinə formasında nəzərdə tutulan göstəricilər üzrə müayinə nəticələri yekunlaşdırılmalı və təhlil olunmalıdır. Avtomobil nəqliyyatının işini kompleks şəkildə xarakterizə etmək üçün cədvəllər tərtib olunması, qrafiklər qurulması və nəşr edilməsi tövsiyə olunur.

Müayinə blankının doldurulmasına dair metodoloji izahatlar

Müayinə blankı avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən müayinə dövründə doldurulur. Suallara cavab verərkən sürücüdən xahiş olunur ki, həqiqi vəziyyəti əks etdirməyə çalışsın, blankın doldurulması könüllüdür.

Avtomobilin markası yükgötürmə qabiliyyəti və buraxılıs ilinə dair göstəricilər yük və sərnişin avtomobillərinin texniki pasportunda göstərildiyi kimi doldurulur.

Sürücünün istifadə etdiyiavtomobil özünün şəxsi avtomobilidirsə və ya istifadə etdiyinə görə kiməsə haqq vermirsə «öz maşınıdır» sualının qarşısında işarə qoyur. Əgər sürücünün istifadə etdiyi maşın şəxsi avtomobili deyilsə və yaxud avtomobildən istifadə etdiyinə görə hər hansı müəssisəyə və ya şəxsə (icarə haqqı) pul ödəyirsə, «icarəyə götürüb» sətrinin qarşısına işarə qoyur və kimdən (və ya digər təşkilatdan) götürdüyü barədə növbəti suallara cavab verir.

Son birhəftədə daşınmıs yüklərin həcmi bölməsində sahibkarın avtomobillə son yeddi gündə neçə yüklü reys etdiyi barədə, yükü haradan götürübsə, harada boşaldıbsa həmin ərazilərin (obyektlərin) adını, həmçinin həmin obyektlər arasında olan məsafəni və getdiyi hər reysdə neçə ton yük daşıdığı barədə qeyd edir.

Sutka ərzində orta hesabla daşınmıssərnişinlərin sayı gün ərzində əldə olunmuş bütün vəsaiti (xərclər çıxılmır) bir sərnişin üçün müəyyən edilmiş gediş haqqına bölməklə hesablanır.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin