İnformasiya texnologiyaları statistikasının müayinəsi
Statistik müşahidə əhalinin informasiya texnologiyalarından istifadəsinin və kompüter savadının sosioloji tədqiqatları ilə uğurla uzlaşa bilər.
İnformasiya texnologiyaları statistikasının formalaşmasında ilk addım «1–Qlobal informasiya şəbəkəsi haqqında məlumat» formasıdır. Müayinə zamanı bu formanın tətbiqi iki məqsədə yönələcəkdir:
müəssisə və təşkilatlarda informasiya və telekommunikasiya texnologiyalarının mövcudluğu və istifadəsi barədə statistik məlumatların toplanması;
məlumat–hesablama şəbəkələri və fərdi kompüterlərin sayı haqqında məlumatların əldə edilməsi.
Bu həm göstəricilərin tərkibini, həm də iki statistik yekuna görə məlumatların yığılmasının təşkili qaydalarını müəyyən etməlidir. Beləliklə, müayinə zamanı sahə aidiyyatindan, təşkilati–hüquqi və mülkiyyət növündən asılı olmayaraq informasiya və telekommunikasiya texnologiyalarından (balansında hesablama texnikası olan) istifadə edən bütün hüquqi şəxsləri və onların yerli bölmələrini (kiçik sahibkarlıq subyektlərindən başqa) əhatə etmək lazımdır.
Müayinə zamanı hesabat ilinin sonuna müəssisələrdə hesablama texnikasının sayı, lokal hesablama şəbəkəsi, Internet və digər qlobal informasiya şəbəkələrinin sayı, elektron poçtu və proqram təminatının mövcudluğunun qiymətləndirilməsi nəzərdə tutulur. Hesablama texnikasının tərkibinə hər növ elektron–hesablama maşınları daxildir. Əgər xüsusi EHM avandanlıqları idarə etmək üçün nəzərdə tutulubsa, lakin zəruri hallarda digər funksiyaların yerinə yetirilməsi üçün istifadə olunursa, onda o, hesablama texnikası parkının tərkibinə salınır və müayinə vaxtı mütləq nəzərə alınmalıdır. Hesabat ili ərzində hesablama texnikasının alınması və lokal hesablama şəbəkəsinin tərkibində işləyən EHM sayı haqqında əlavə olaraq məlumatlar verilir. Lokal hesablama şəbəkəsi bir neçə EHM-ı (müxtəlif tiplər mümkündür), istifadəçilərin informasiya mübadiləsi aparmasına, onların texniki və proqram vasitələrindən, informasiya resurslarından (bir EHM–in istehsal avadanlığı ilə birləşməsi lokal hesablama şəbəkəsi deyil) birgə istifadə etməsinə şərait yaradaraq digər ofis avadanlığını birləşdirə bilər. Lokal hesablama şəbəkəsinə qoşulan avadanlıq bir və ya bir neçə qonşu binalarda yerləşdirilə bilər. Lokal hesablama şəbəkəsi ümumi təyinatlı rabitə vasitələrindən istifadə etmir. Hesablama texnikası haqqında bütün məlumatlar EHM tipləri (super EHM, böyük, kiçik, fərdi) üzrə təqdim olunur.
İnformasiya texnologiyalarından istifadənin başlıca xarakteristikalarından biri, bu və ya digər məsələlərin həllində tətbiq olunan xüsusi proqram vasitələrinin mövcudluğudur. Xüsusi proqram vasitələrindən istifadənin konkret istiqamətlərini təhlil etmək üçün onların məqsədyönlü təyinatına və funksional xarakteristikalarına görə qruplaşması təklif olunur (cədvəl 2).
Dostları ilə paylaş: |