Qaydaları Ümumi müddəalar Yük (sərnişin) avtomobil nəqliyyatı xidmətlərinin ümumi həcminə aşağıdakılar daxildir


Telekommunikasiya bölməsində müayinə modeli



Yüklə 0,66 Mb.
səhifə33/37
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#107425
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   37
Telekommunikasiya bölməsində müayinə modeli
Müasir iqtisadiyyatda telekommunikasiya mühüm rol oynayır. Telekommuni-kasiya texnologiyasının sürətli təkamülü, xüsusilə rəqəm texnologiyası və onun kompüter texnologiyası üzrə inteqrasiyası yeni telekommunikasiya vasitələrinin xeyli artmasına səbəb olmuşdur. Bu yeni vasitələr biznesə öz təsirini göstərmiş və onun məhsuldarlığını, hətta rəqabət qabiliyyətini artırmışdır. Bu sahədəki inkişafın öyrənilməsi üçün statistik müayinələrin metodologiyasının təkmilləşdirilməsinə böyük ehtiyac duyulur.

Müayinə modeli 12 moduldan ibarətdir və xidmətlər istehsalı, beynəlxalq ticarət, investisiya, tədqiqat və s. haqqında statistik məlumatların toplanmasından ibarətdir.

Müayinənin təşkili 3 mərhələdən ibarətdir:


  1. Müayinənin məqsədi və miqyası müəyyənləşdirilir;

  2. Sorğu anketinin layihələndirilməsi həyata keçirilir.

  3. Toplanmış məlumatların təhlili aparılır.

Müayinənin məqsədi aşağıdakı göstəricilərin müəyyənləşdirilməsindən ibarətdir:

  1. Telekommunikasiya xidmətinin xalis həcminin və xalis dəyərinin;

  2. Telekommunikasiya xidməti ixracının dəyərinin;

  3. Sənayenin digər sahələrinin telekommunikasiya xidmətinin həcminin;

  4. Telekommunikasiya xidmətində əsas kapital qoyuluşları və işçilərin sayının;

  5. Telekommunikasiya xidmət vahidinin qiymətinin;

  6. Telekommunikasiya işlərini təkmilləşdirmək üçün tədqiqat xərclərinin;

Aşağıdakı cədvəldə müayinə modullarının ayrı-ayrılıqda tətbiq edildiyi göstərilmişdir:

Cədvəl 4

MODUL

BAŞLIQLAR


Modul 1

Mal və xidmətin satışından gəlirlər.

1.1. Telekommunikasiya xidməti göstərilməsindən gəlirlər;



    1. Telekommunikasiya ilə əlaqəli məhsullar və xidmətlərin satışından gəlirlər;

1.3. Digər mənbələrdən gəlirlər.

Modul 2

Bu fəaliyyətlə bağlı istifadə olunan mal və xidmətlər.

Modul 3

Satış məqsədilə alınmış mal və xidmətlər.

Modul 4

İnventarlar.

Modul 5

Uçot üçün lazım olan əlavələr

Modul 6

İxrac

Modul 7

İdxal

Modul 8

Nəqliyyat–daşınmanın (ötürülmənin)həcmi statistikası

Modul 9

İşləyənlərin sayı

Modul 10

Əsas vəsaitlər. Daxil olması və azalması (çıxarılması).

Modul 11

Tədqiqat işləri.

Modul 12

Şəbəkənin xarakteristikaları və rəqəm texnologiyası.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin