Gizli və qeyri-formal fəaliyyət nəzərə alınmaqla avtomobil nəqliyyatı xidmətlərinin ümumi həcminin müəyyənləşdirilməsi
İqtisadiyyatın qeyri-formal sektorunda avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi Wqf «Azəravtonəqliyyat» Dövlət Konserninin nəqliyyat müfəttişliyinin məlumatına görə, xətdə yoxlanılmış nəqliyyat vasitələrinin sayı -Sy, aşkar edilmiş pozuntuların sayı (lisenzıyasız iş) - S poz. və sonuncuların xüsusi çəkisinin (a) yükdaşımaların qeyri-formal həcminə nisbətinin (Wqf) və avtomobil nəqliyyatı ilə yükdaşımaların ümumi həcminin (Wform + Wqf) yayılması haqqında məlumatlarından istifadə edilməklə qiymətləndirilir:
əmsalı «Azəravtonəqliyyat» Dövlət Konsernindən məlumatlar daxil olduqca hər rüb dəqiqləşdirilir.
Gizli və qeyri-formal fəaliyyət nəzərə alınmaqla yük avtomobil nəqliyyatı ilə göstərilən xidmətlərin ümumi həcmi kiçik müəssisələr və sahibkarlar nəzərə alınmaqla yükdaşımaların həcmlərinin iqtisadiyyatın qeyri-formal sektorunda yükdaşımaların həcmləri ilə toplanmasından alınan cəmlə müəyyənləşdirilir.
Lisenziyasız işləyən nəqliyyat vasitələri üçün avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmlərinin qiymətləndirilməsi üçün nümunə.
İl ərzində xətdə olan yoxlanmış nəqliyyat vasitələrinin sayı
Sy=1323
aşkar edilmiş pozuntuların, lisenziyasız işlərin sayı
S poz. = 239.
İqtisadiyyatın leqal (formal) sektorunda avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi (ələvə hesablamalar nəzərə alınmaqla)
Wf0r= 15 milyon ton;
15x0,181
Wqf= ——---- = 3,3 mln. ton
1 -0,181
Respublika üzrə avtomobil nəqliyyatı ilə daşınan yüklərin ümumi həcmi (Wüh) bərabərdir:
Wüh = Wfor + Wq.f. = 15 + 3,3 = 18,3 milyon ton.
Dostları ilə paylaş: |