Qaydaları Ümumi müddəalar Yük (sərnişin) avtomobil nəqliyyatı xidmətlərinin ümumi həcminə aşağıdakılar daxildir



Yüklə 0,66 Mb.
səhifə7/37
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#107425
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   37
1. Müşahidəvahidlərinin baş məcmusunun müəyyən edilməsi.
Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən və Avropanın NACE təsnifatı
əsasında hazırlanmış milli İqtisadi Fəaliyyət Növlərinin Təsnifatına əsasən
60214; 60215 (avtobus nəqliyyatı ilə sərnişin daşınması), 60220 (taksi
xidmətləri), 60240 (yük avtomobilləri ilə yüklərin daşınması) kodu altında
qeydiyyatdan keçmiş huquqi və fiziki şəxslər seçmə müayinənin keçirilməsi
üçün baş məcmu hesab olunur. Hüquqi şəxslər üçün baş məcmu - Dövlət
Statistika Komitəsində müəssisələr reyestrində avtomobıl nəqliyyatı müəssisəsi
kimi qediyyatdan keçənlər, fiziki şəxslər üçün nəqliyyat fəaliyyəti göstərmək
məqsədi ilə Dövlət Vergi orqanlarından lisenziya almış fiziki şəxslərin
siyahısıdır. Hüquqi şəxslər arasında müayinə əsasən kiçik müəssisələr üzrə
aparılır və «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan
Respublikasının Qanununa əsasən nəqliyyat üzrə kiçik muəssisələr 50
nəfərədək işçisi olan müəssisələr hesab edilir. Alınmış siyahıda müşahidə
vahidləri hüquqi şəxslər üzrə müəssisənin adı, statistik identifikasiya kodu,
iqtisadi fəaliyyət növünün kodu, işçilərin sayı, sahibkarın adı, ünvan, telefon
nömrəsi, fiziki şəxslər üzrə sahibkarın adı, ünvanı, fəaliyyət növünün kodu,
telefon nömrəsi kimi rekvizitlərin olması vacibdir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin