Qaydaları Ümumi müddəalar Yük (sərnişin) avtomobil nəqliyyatı xidmətlərinin ümumi həcminə aşağıdakılar daxildir



Yüklə 0,66 Mb.
səhifə8/37
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#107425
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
2. Baş məcmunun tipikqruplara ayrılması, strataların müəyyənləşdirilməsi. Hüquqi şəxslər işçilərin sayı və iqtisadi fəaliyyət kodları
əsasında, fiziki şəxslər isə yalnız fəaliyyət kodu əsasında stratalara bölünür.

Məsələn,


Hüquqi şəxslər üzrə strataların müəyyənləşdirilməsi


İFNT

kodu


İşçilərin sayına görə müəssisələrin qruplaşdırılması

Yekun

1-4

5-9

10-19

20-50

60214

str1.1

str 2.1

Str3.1

str4.1

 (str1.1-str1.4)

60215

str1.2

str 2.2

Str3.2

str4.2

(str2.1-str2.4)

60220

str1.3

str 2.3

Str3.3

str4.3

(str3.1-str3.4)

60240

str1.4

str 2.4

str.3.4

str4.4

(str4.1-str4.4)

Yekun

 (str1.1-str1.4)

(str2.1-str2.4)

(str3.1-str3.4)

(str4.1-str4.4)



Fiziki şəxslər arasında aparılacaq seçmə müayinədə strata yeganə meyar-fəaliyyət koduna görə qruplaşdırma aparılır və burada strata yalnız fiziki şəxslərin iqtisadi fəaliyyətinə görə sayı hesab olunur.

3. Seçmə həcminin müəyyənləşdirilməsi. Seçmə həcmi hüquqi və fiziki şəxslər üzrə n=N*fdüsturu ilə müəyyənləşdirilir. Burada, n - seçmənin həcmi, N - baş məcmu, f isə seçmə faizidir. Hüquqi və fiziki şəxslər üzrə eyni şəkildə müəyyənləşdirilməktə seçmənin əsası - seçmə məcmu müəyyən edilir. Seçmə faizi müayinənin həyata keçirilməsi üçün lazim olan əmək və maliyyə resurslarına uyğun olaraq müəyyən edilir.

4. Stratalar üzrə seçilənlərin zəruri sayının müəyyənləşdirilməsi. Seçmə müayinələr uçün vahidlərin seçilməsində daha çox «stratalar üzrə seçmə» üsulundan istifadə ediliır. Bu üsulun nəqliyyat müəssisələrində tətbiqi məqsəduyğun hesab olunur. Çünki bu üsul baş məcmunun vahidlərinin göstəriciləri arasında olan dispersiyanın yüksək olduğu hallarda istifadə edilir. Stratalar üzrə seçmə baş məcmuda əlamətin dəyişkənliyini əks etdirir, starataların daxilində vahidlərin həmcinsliyini kifayət qədər təmin edir, məcmunun strukturunu açıqlayır, məcmunun xarakteristikasının qiymətləndiril-məsinin dəqiqliyinə üstünlük verir, lazımi dəqiqliyin saxlanılması ilə, seçmənin həcminin azaldılmasına imkan verir və məcmunun hər hansı bir hissəsi haqqında məlumatların əldə edilməsini təmin edir. Stratalara bölünmənin, stratifikasiyanın üstünlüyü ondan ibarətdir ki, burada seçmə ayrı-ayrı stratalar üzrə bərabər olmayan ehtimalla aparılır. Bu da imkan verir ki, seçmənin sayından asılı olaraq minimum dispersiyaya nail olunsun. Bundan əlavə dəqiq optimal paylanma halında seçmə həcminin stratalara bölüşdürülməsi həm də stratalar üzrə müşahidə xərclərinin azaldılmasına da təsir edir. Belə ki, dispersiya aşağı olan stratalarda seçmə faizi aşağı olur və təbii ki, seçmə vahidəlrinin az olması ona sərf edilən vəsaitin həcminə də təsir göstərir.

Baş məcmu üzrə stratalar müəyyənləşdirildikdən sonra hər qrupa düşən müəssisələrin sayı hesablanmalıdır. Hüquqi şəxslər üzrə stratalarda seçilən vahidlərin sayının müəyyənləşdirilməsi müayinənin əsas mərhələlərindən biri hesab olunur. Burada tələb olunan dəqiqliyin dərəcəsinin yüksək olması üçün homogenliyin və dispersiyanın olması və yaxud hesablanması tələb olunur, Dispersiya iki meyar - işçilərin sayı və ya görülmüş işlərin (xidmətlərin) həcmi göstəriciləri əsasında hesablana bilər. İşçilərin sayı əsasında hesablanmış dispersiya daha məqsədəuyğun hesab olunur. Əgər keçiriləcək müayinədən əvvəl heç olmasa bir dəfə müayinə keçirilibsə, onda bu müayinədə seçilənlərin sayı hesablanarkən əvvəlki müayinənin materlalları əsasında hesablanmış dispersiyadan istifadə olunur. Müayinə ilk dəfə keçirilərsə, onda reyestr məlumatları əsasında hesablanan dispersiya eyni zamanda seçilənlərin sayını müəyyənləşdirərkən əsas götürülür. Dispersiya

düsturu ilə hesablanır.

Burada,

S2 - stratada dispersiya;

y k - strata üzrə hər müəssisədə işləyənlərin sayı;

y - strata üzrə orta hesabla bir müəssisədə çalışanların sayı;

n - strata üzrə müəssisələrin sayı.

Qruplar üzrə seçilən vahidlərin sayından seçmə yekunlarının dəqiqliyi bilavasitə asılıdır. Nəqliyyat müəssisələri arasında strata üzrə seçmə üsulundan istifadə etməklə baş məcmuda əlamətin dəyişikliyini əks etdirmək, stratalar daxilində homogenliyə nail olmaq məqsədi ilə baş məcmu üzrə muəyyən edilmiş stratalar əsasında seçmə strataların müəyyən edilməsi üçün təcrübədə Neyman bölgüsündən istifadə olunur.

Neyman üsulu



düsturu ilə tətbiq olunur.

Burada,

nh, - strata üzrə seçilənlərin zəruri sayı;

S2 - stratada dispersiya;

n - strata üzrə müəssisələrin sayı;

Nh - baş məcmu üzrə stratada olan müəssisələrin sayı.

Optimal bölgü üçün Neyman üsulu fiziki şəxslərə tətbiq olunmur. Çünki, düsturda dispersiya üçün əsas amil işçilərin sayıdır, təbii ki, fiziki şəxslərdə işçilərin sayı vahiddir və hesablanmış dispersiya göstəricisi fiziki şəxslərdə sıfıra bərabər olacaq. Hüquqi şəxslərdə baş məcmuda müəyyənləşdirilmiş strataların hər hansı birində müəssisələrin sayı 5 vahiddən az olmamalıdır. Seçmənin həcminin təbəqələrə bölüşdürülməsindən sonra hər təbəqə üçün müayinə edilən müəssisələrin sayı 5 vahid qəbul edilmişdir. Əgər bu hala rast gəlinərsə, seçmə stratası (stratada olan müəssisələrin sayı) baş məcmu stratasına (stratada olan müəssisələrin) bərabər götürülür və bu strata üzrə dispersiya və hər hansı digər statistik göstəricini hesablamaq vacib deyil.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin