5. Hesabatı təqdim edəcək müəssisələrin, seçmə siyahısının tərtıb olunması.
Avtomobil nəqliyyatı müəssisələrinin və bu sahədə fəaliyyət göstərən fiziki şəxslərin seçmə məcmu və stratalar üzrə sayı müəyyənləşdirildikdən sonra siyahı tərtib olunmalıdır. Siyahı sadə təsadüfi seçmə üsulundan istifadə etməklə tərtib edilir. Bu üsulün tətbiqi üçün vahidlərin sıra nömrəsi yazılır və xüsusi cədvəllər tərtib olunur. Fərdi sahibkarlar üçün sadə təsadüfi seçmədə 4 qrup siyahı (fiziki şəxslər yalnız fəaliyyət növlərinə görə təbəqələrə bölünür), hüquqi şəxslərdə isə 16 qrup siyahı tərtib olunur. Yaradılmış hər qrup üzrə seçmə kompüterin WINDOWS sisteminin EXCEL paketi vasitəsilə həyata keçirilir. Bunun üçün EXCEL paketinin TOOLS panelində DATA ANALYSİS bölməsini qeyd etmək lazımdır. Açılan ekranda pəncərə göstərilir. Bu pəncərədəki siyahıda DESCRİPTİVE STATİSTİCS-i qeyd edib, yeni ekrana keçilir. Bu açılmış ekranda üç pəncərə ayrılır:
SAMPLİNG İNPUT başlığı. Burada İNPUT RANG sətrinin qarşısında
baş məcmunun yerləşdiyi ünvan göstərilir.
SAMPLİNG METHOD başlığı. Burada seçmənin növləri göstərilir.
PERİODİC (sistematik, mexaniki)
RANDOM (təsadüfı)
Təsadüfi seçməni qeyd edib, NUMBER OF SAMPLES sətri qarşısında seçilən vahidlərin sayını göstərmək lazımdır.
3. OUTPUT OPTİONS başlığı.
• OUTPUT RANG sətrinin qarşısında seçiləcək vahdilərin yazılması üçün
ünvan qeyd edilir.
Stratalar üzrə seçilənlərin siyahısı dəqiqləşdirilir və sonra seçmə məcmu kimi istifadə olunur.
Dostları ilə paylaş: |