Qaydalari ümumi müddəa



Yüklə 267,04 Kb.
səhifə1/2
tarix06.06.2018
ölçüsü267,04 Kb.
#52855
növüQaydalar
  1   2

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli qərarı ilə təsdiq edilmişdir

Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması

QAYDALARI


1. Ümumi müddəa

1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 499-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 yanvar tarixli 807 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinə əsasən hazırlanmışdır və siyasi partiyalar (bundan sonra- təşkilatlar) tərəfindən sadələşdirilmiş mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və tərtib edilməsi qaydalarını müəyyən edir.



2. Əsas anlayışlar

2.1. Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. maliyyə hesabatları - istifadəçinin konkret məlumat ehtiyaclarına cavab verən hesabat tələb etmək hüququ olmadıqda, onun bu tələbatını ödəmək məqsədi ilə təşkilatın maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələri barədə sistemləşdirilmiş məlumatların təqdimatıdır;

2.1.2. hesablama metodu - alıcının (sifarişçinin) satış məbləğinin ödənilməsi dövründən asılı olmayaraq, bu məbləğlərin satıcı (icraçı) tərəfindən malların təqdim edildiyi və ya xidmətlərin göstərildiyi dövrdə gəlir kimi, həmçinin xərc maddələrinin müvafiq dövrdə ödənilib-ödənilmədiyindən asılı olmayaraq, yarandığı hesabat dövrləri üzrə xərc kimi tanınmasıdır;

2.1.3. təşkilatın fəaliyyətinin fasiləsizliyi - təşkilatın fəaliyyətinin davam edəcəyi ehtimalının mövcudluğu və dayandırılması və ya həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin olmamasıdır;

2.1.4. aktiv - baş vermiş maliyyə-təsərrüfat əməliyyatının nəticəsi kimi təşkilat tərəfindən idarə olunan (nəzarət edilən) və təşkilata gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurslardır;

2.1.5. öhdəlik - təşkilatın maliyyə-təsərrüfat əməliyyatından yaranmış və iqtisadi səmərəni əmələ gətirən resurslarının təşkilatdan çıxması ilə nəticələnən mövcud borcudur;

2.1.6. kapital - bütün öhdəliklər çıxıldıqdan sonra təşkilatın xalis aktivlərinin dəyəridir;

2.1.7. gəlir - mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır;

2.1.8. xərc - mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır;

2.1.9. qiymətləndirmə əsasları - təşkilatın aktivlərinin, öhdəliklərinin, kapitalının, gəlirlərinin və xərclərinin maliyyə hesabatlarında pul ifadəsində əks etdirilməsi məqsədi ilə istifadə olunan hesablama metodologiyasıdır;

2.1.10. ilkin dəyər - aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödənilmiş məbləği və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin) ədalətli dəyəri ilə ölçülməsidir. Öhdəliyin ilkin dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədi ilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə ölçülməsidir;

2.1.11. mümkün xalis satış dəyəri - adi fəaliyyət zamanı nəzərdə tutulmuş satış qiymətindən işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər və satışın, mübadilənin və ya bölüşdürmənin həyata keçirilməsi üçün ehtimal edilən xərclər çıxıldıqdan sonra qalan məbləğdir;

2.1.12. likvidlik-təşkilatın aktivinin nominal dəyərinin dəyişilməz saxlanılmaqla, onların qısa müddətdə nağd pul vəsaitlərinə çevrilməsi yolu ilə yaranmış öhdəliklərinin yerinə yetirilməsi qabiliyyətidir.


3. Maliyyə hesabatlarının tərkib hissələri

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Siyasi partiyaların illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilmə Qaydası”na uyğun olaraq maliyyə hesabatlarının tərkib hissələri “Maliyyə vəziyyəti haqqında hesabat”dan, “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”dan, “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”dən ibarətdir.



4. Maliyyə hesabatlarının əsaslandığı ehtimallar (prinsiplər)

4.1. Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması zamanı konseptual əsaslarla iki əsas prinsipin mövcudluğu gözlənilir:

4.1.1. hesablama metodu;

4.1.2. təşkilatın fəaliyyətinin fasiləsizliyi.

4.2. Hesablama metodu əsasən, gəlirlər və xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda müvafiq hesabat dövründə tanınaraq, maliyyə hesabatlarında əks etdirilir.

4.3. Təşkilatın fəaliyyətinin fasiləsizliyi prinsipi təşkilatın fəaliyyətinin davam edəcəyi və dayandırılması və ya həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin olmadığı təqdirdə tətbiq edilir.

4.4. Təşkilatın fəaliyyətinin fasiləsizliyi prinsipi ilk növbədə maliyyə hesabatlarının hazırlanması zamanı aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

4.5. Təşkilatın ləğv olunacağı təqdirdə, aktivlərin qiymətləndirilməsi zamanı bu aktivlərin alınması üçün çəkilmiş məsrəflərdən deyil, onların ehtimal olunan satış dəyərindən istifadə olunur. Bu halda təşkilat tərəfindən aktivlərin uzunmüddətli və qısamüddətli kimi təsnifləşdirilməsi öz əhəmiyyətini itirir və təşkilatın aktivləri satış məqsədi ilə saxlanılan qısamüddətli aktivlər kimi təsnifləşdirilməklə maliyyə hesabatlarında tanınır.

4.6. Ləğv olunan təşkilatın aktivləri satışa çıxarıldıqda rəhbərliyin əsas məqsədi aktivlərin sərfəli qiymətlə deyil, ən qısa müddətdə onların mümkün xalis satış dəyəri ilə satılmasından ibarətdir.

4.7. Bu Qaydaların 4.5-ci bəndində nəzərdə tutulan hallarda aktivlərin qısamüddətli aktivlər kimi təsnifləşdirilməsi zaman keçdikcə qiymətləri artan aktivlərin (torpaq və tikililərin) xalis satış dəyərinə şamil edilmir.

4.8. Öhdəliklərin maliyyə hesabatlarında əks etdirilməsi isə bu öhdəliklərin kreditorlara ödənişlərin zəruriliyi əsasında həyata keçirilməsi maliyyə hesabatlarının istifadəçiləri üçün daha əhəmiyyətlidir.

4.9. Təşkilatın iki ildən sonra fəaliyyətinin dayandırılacağı halda, aktivlər qısamüddətli aktivlər kimi maliyyə vəziyyəti haqqında hesabatda xalis satış dəyəri ilə əks etdirilir. Həmin aktivlərin xaric olmasından əldə edilən vəsait ilk növbədə kreditorlarla bağlı öhdəliklərin ödənilməsinə yönəldilir.

4.10. Ləğvetmə konsepsiyasına uyğun olaraq, maliyyə hesabatlarının istifadəçiləri öhdəliklərin mövcudluğu və ödənilməsinin mümkünlüyü barədə etibarlı məlumatın alınmasında maraqlı olduqlarından, bu öhdəliklərin uzunmüddətli və qısamüddətli öhdəliklər kimi deyil, daha çox kreditor borclarının prioriteti üzrə qruplaşdırılmasına üstünlük verirlər.
5. Maliyyə hesabatlarının elementləri

5.1. Maliyyə hesabatlarının elementləri maliyyə vəziyyəti haqqında hesabatda aktiv, öhdəlik və kapitaldan, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda isə gəlir və xərclərdən ibarətdir.


6. Maliyyə hesabatlarının elementlərinin tanınması

6.1. Aktivin tanınması

6.1.1. aktiv yalnız təşkilata gələcək iqtisadi səmərənin axını ehtimal olunduğu və onun dəyərinin və ya qiymətinin etibarlı səviyyədə qiymətləndirilməsi imkanının mövcud olduğu hallarda, maliyyə vəziyyəti haqqında hesabatda tanınır;

6.1.2. aktiv tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir.

6.2. Öhdəliyin tanınması:

6.2.1. öhdəlik yalnız baş vermiş maliyyə-təsərrüfat əməliyyatına görə yaranmış cari borcun ödənilməsi nəticəsində təşkilatdan gələcək iqtisadi səmərənin kənara axını ehtimal olduğu və bu borcun dəyərinin etibarlı səviyyədə qiymətləndirilməsi imkanının mövcud olduğu hallarda maliyyə vəziyyəti haqqında hesabatda tanınır;

6.2.2. öhdəlik tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla təşkilatın maliyyə vəziyyəti haqqında hesabatlarda əks etdirilir.

6.3. Gəlirin tanınması:

6.3.1. gəlir aktivlərin artması və öhdəliklərin azalması ilə bağlı iqtisadi səmərənin artımının baş verdiyi və bu artımın etibarlı səviyyədə qiymətləndirilməsi mümkün olduğu hallarda tanınır;

6.3.2. gəlir tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir.

6.4. Xərcin tanınması:

6.4.1. xərc aktivlərin azalması və öhdəliklərin artması ilə bağlı iqtisadi səmərənin azalmasının baş verdiyi və bu azalmanın etibarlı səviyyədə qiymətləndirilməsi mümkün olduğu hallarda tanınır. Məsrəflər gəlirlərin ayrı-ayrı maddələri ilə birbaşa əlaqəli olduğu təqdirdə, xərc kimi gəlirlərlə eyni vaxtda tanınmalıdır. Məsrəflər gəlirlərlə birbaşa əlaqəli olmadıqda, hesabat dövründə sistematik və ardıcıl olaraq bölüşdürülməklə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda xərc kimi dərhal tanınır. Məsrəflər maliyyə vəziyyəti haqqında hesabatda aktivin tanınma meyarlarına uyğun gəldikdə, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda xərc kimi tanınmır;

6.4.2. xərc tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir.

7. Təşkilatlarda maliyyə hesabatlarına uyğun olaraq mühasibat uçotunun Hesablar Planının konseptual əsasları

7.1. Hesablar Planı təşkilat tərəfindən təqdim edilən “Maliyyə vəziyyəti haqqında hesabat”dan və “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”dan fərqli olaraq özündə maliyyə informasiyasını daha dolğun təcəssüm etdirir. Hesablar Planı maliyyə hesabatı elementlərinin qruplaşdırılması və dəyər ifadəsində cari vəziyyətinin əks etdirilməsi üçün nəzərdə tutulmuşdur. Hesablar Planı üzrə hesablar azalan likvidlik dərəcəsi qaydasında düzülür. Hesablar Planında maliyyə hesabatının bölməsinin nömrəsi bir, maddəsinin nömrəsi iki, mühasibat uçotunun hesablarının nömrəsi isə üç rəqəmdən ibarət olmaqla müəyyən edilir. Təşkilatlar tərəfindən Hesablar Planında təhlilin, nəzarətin aparılması və maliyyə hesabatlarının tərtib olunması tələblərindən asılı olaraq müvafiq subhesablar açılır.

7.2. “Maliyyə vəziyyəti haqqında hesabat”ın müvafiq maddələrində təşkilat tərəfindən hesabat dövrünün sonuna və əvvəlinə mühasibat uçotu (sintetik) hesablarının yekunlaşdırılmış qalıqları əks etdirilir.

7.3. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın müvafiq maddələrində isə təşkilat tərəfindən hesabat dövrünün sonuna və əvvəlinə mühasibat uçotu (sintetik) hesablarının yekunlaşdırılmış dövriyyələri əks etdirilir.

7.4. Sintetik hesablar maliyyə hesabatlarının elementlərinin (aktivlərin, öhdəliklərin və kapitalın, habelə gəlir və xərclərin) müəyyən edilmiş növlər və əlamətlər üzrə ümumiləşdirilmiş informasiyasının qruplaşdırılmasını təmin edir. Sintetik hesabın bir hissəsini təşkil edən subhesab isə özündə qruplaşdırılmış analitik uçot məlumatlarını əks etdirməklə, göstərilən sintetik hesabda maliyyə hesabatlarının elementləri barədə ümumiləşdirilmiş informasiyanı açıqlayır.

7.5. Bu Qaydalarla müəyyən edilən Hesablar Planı aşağıdakı bölmələrdən ibarətdir:

7.5.1. Bölmə 1.Uzunmüddətli aktivlər

7.5.2. Bölmə 2.Qısamüddətli aktivlər

7.5.3. Bölmə 3.Xalis aktivlər(Kapital)

7.5.4. Bölmə 4.Uzunmüddətli öhdəliklər

7.5.5. Bölmə 5.Qısamüddətli öhdəliklər

7.5.6. Bölmə 6.Gəlirlər

7.5.7. Bölmə 7. Xərclər

7.5.8. Bölmə 8.Ümumi mənfəət (zərər).


8. Mühasibat uçotunun Hesablar Planı


Maliyyə hesabatının bölməsi/ maddəsi

Hesabın nömrəsi

Tövsiyə edilən subhesablar

Bölmə, maddə və

hesabların adı

1

2

3

4

1







Uzunmüddətli aktivlər

10







Qeyri-maddi aktivlər




101




Qeyri-maddi aktivlər - dəyər




102




Qeyri-maddi aktivlər - amortizasiya




103




Qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər

11







Torpaq, tikili və avadanlıqlar




111




Torpaq, tikili və avadanlıqlar - dəyər




112




Torpaq, tikili və avadanlıqlar – amortizasiya




113




Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər

12







Daşınmaz əmlaka investisiyalar




121




Daşınmaz əmlaka investisiyalar - dəyər




122




Daşınmaz əmlaka investisiyalar – amortizasiya




123




Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər

13







Uzunmüddətli debitor borcları




131




Üzvlərin uzunmüddətli debitor borcları




132




Transferlər üzrə uzunmüddətli debitor borcları




133




İcarə üzrə uzunmüddətli debitor borcları




134




Digər uzunmüddətli debitor borcları

14







Sair uzunmüddətli aktivlər




141




Sair uzunmüddətli aktivlər

2







Qısamüddətli aktivlər

20







Ehtiyatlar




201




Material ehtiyatları




202




Hesablanmış məsrəflər




203




Digər ehtiyatlar

21







Qısamüddətli debitor borcları




211




Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları




212




Üzvlərin qısamüddətli debitor borcları




213




Transferlər üzrə qısamüddətli debitor borcları




214




İcarə üzrə qısamüddətli debitor borcları




215




Digər qısamüddətli debitor borcları

22







Pul vəsaitləri və onların ekvivalentləri




221




Kassa




222




Bank hesablaşma hesabları




223




Pul vəsaitlərinin ekvivalentlərı

23







Sair qısamüddətli aktivlər




241




Təhtəlhesab məbləğlər




242




Verilmiş qısamüddətli avanslar




243




Digər qısamüddətli aktivlər


3







Xalis aktivlər (kapital)

30







Ehtiyat fondu




311




Yenidənqiymətləndirmə üzrə ehtiyat fondu




312




Məzənnə fərqləri üzrə ehtiyat fondu




313




Digər ehtiyat fondları

31







Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)




341




Hesabat dövrü üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)




342




Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

4







Uzunmüddətli öhdəliklər

40







Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər




401




Uzunmüddətli bank kreditləri




402




İşçilər üçün uzunmüddətli bank kreditləri




403




Uzunmüddətli borclar




404




Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

41







Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər




411




Uzunmüddətli zəmanət öhdəlikləri




412




Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

42







Uzunmüddətli kreditor borcları




421




Malsatan və podratçılara uzunmüddətli kreditor borcları




422




Digər uzunmüddətli kreditor borcları

43







Sair uzunmüddətli öhdəliklər




431




Alınmış uzunmüddətli avanslar




432




Digər uzunmüddətli öhdəliklər

5







Qısamüddətli öhdəliklər

50







Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər




501




Qısamüddətli bank kreditləri




502




İşçilər üçün qısamüddətli bank kreditləri




503




Qısamüddətli borclar




504




Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

51







Qısamüddətli qiymətləndirilmiş öhdəliklər




511




Qısamüddətli zəmanət öhdəlikləri




513




Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər

52







Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər




521




Vergi öhdəlikləri




522




Sosial sığorta və təminat üzrə öhdəliklər




523




Digər məcburi ödənişlər üzrə öhdəliklər

53







Qısamüddətli kreditor borcları




531




Malsatan və podratçılara qısamüddətli kreditor borcları




532




İşçi heyətinə qısamüddətli kreditor borcları




533




İcarə üzrə qısamüddətli kreditor borcları




534




Faizlər üzrə qısamüddətli kreditor borcları




535




Digər qısamüddətli kreditor borcları


54







Sair qısamüddətli öhdəliklər




541




Alınmış qısamüddətli avanslar




542




Digər qısamüddətli öhdəliklər

6







Gəlirlər

60







Gəlirlər




601




Üzvlük haqları




602




Əmlakdan götürülən gəlir




603




Tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan başqa fəaliyyətdən götürülən gəlir




604




İanələr şəklində götürülən gəlir




605




Seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait




606




Aşağı təşkilatların ödənişləri




607




Dövlət büdcəsindən ayrılan vəsait




608




Hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak




609




Digər gəlirlər (o cümlədən borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ)




610




Cəmi gəlirlər

7







Xərclər

70







rclər




701




Cari işlərə sərf olunan vəsait




702




Siyasi partiyanın saxlanılmasına və informasiya təminatına çəkilən xərclər




703




İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər




704




Aşağı təşkilatlara ödənişlər




705




Kreditlər üzrə faizlər




706




Fərdi xərclər




707




Sair xərclər




708




Cəmi xərclər

8







Ümumi mənfəət (zərər)

80







Ümumi mənfəət (zərər)




801




Ümumi mənfəət (zərər)

Yüklə 267,04 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin