Qaydalari ümumi müddəa



Yüklə 267,04 Kb.
səhifə2/2
tarix06.06.2018
ölçüsü267,04 Kb.
#52855
növüQaydalar
1   2


9. “Maliyyə vəziyyəti haqqında hesabat” üzrə maliyyə informasiyasının qruplaşdırılması
9.1. “Maliyyə vəziyyəti haqqında hesabat”da maliyyə informasiyası aşağıdakı maliyyə elementləri üzrə qruplaşdırılır:

9.1.1. uzunmüddətli aktivlər;

9.1.2. qısamüddətli aktivlər;

9.1.3. xalis aktivlər (kapital);

9.1.4. uzunmüddətli öhdəliklər;

9.1.5. qısamüddətli öhdəliklər.




10. Aktivlərin və öhdəliklərin təsnifləşdirilməsi
10.1. Aktivlər aşağıdakı hallarda qısamüddətli aktiv kimi təsnifləşdirilir:

10.1.1. təşkilatın adi əməliyyat dövründə istifadə üçün saхlаnıldıqda və ya satılması ehtimal olunduqda;

10.1.2. əsasən alqı-satqı məqsədləri üçün saxlanıldıqda;

10.1.3. hesabat tarixindən sonra 12 (on iki) ay müddətində satılması ehtimal olunduqda;

10.1.4. hesabat tarixindən sonra ən azı 12 (on iki) ay müddətində mübadiləsinə və ya istifadəsinə məhdudiyyət qoyulmayan pul vəsaitləri və ya onun ekvivalentləri olduqda.

10.2. Bu Qaydaların 10.1-ci bəndində göstərilməyən hallarda, aktivlər uzunmüddətli aktiv kimi təsnifləşdirilməlidir.

10.3. Öhdəliklər aşağıdakı hallarda qısamüddətli öhdəlik kimi təsnifləşdirilir:

10.3.1. təşkilatın adi əməliyyat dövründə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulduqda;

10.3.2. hesabat tarixindən sonra 12 (on iki) ay müddətində öhdəlik yerinə yetirildikdə;

10.3.3. təşkilat öhdəliyin yerinə yetirilməsini hesabat tarixindən sonra ən azı 12 (on iki) ay müddətində uzatmaq kimi müstəsna hüquqa malik olmadıqda.

10.4. Bu Qaydaların 10.3-cü bəndində göstərilməyən hallarda, öhdəliklər uzunmüddətli öhdəlik kimi təsnifləşdirilməlidir.
11. Hesablar Planına uyğun olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın hazırlanması və tərtibi

11.1. Uzunmüddətli aktivlər

11.1.1. Uzunmüddətli aktivlər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

11.1.1.1. qeyri-maddi aktivlər;

11.1.1.2. torpaq, tikili və avadanlıq;

11.1.1.3. daşınmaz əmlaka investisiyalar;

11.1.1.4. uzunmüddətli debitor borcları;

11.1.1.5. sair uzunmüddətli aktivlər.

11.1.2. “Qeyri-maddi aktivlər” maddəsinin “Qeyri-maddi aktivlər” və “Qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər” hesablarında əks etdirilən məbləğlərdən “Qeyri-maddi aktivlərin amortizasiyası” hesabında uçota alınan məbləğlər çıxılmaqla, hesabat dövrünün əvvəlinə və sonuna təqdim edilən ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.3. “Torpaq, tikili və avadanlıq” maddəsinin “Torpaq, tikili və avadanlıqlar” və “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər” hesablarında əks etdirilən məbləğlərdən “Torpaq, tikili və avadanlığın amortizasiyası” hesabında uçota alınan məbləğlər çıxılmaqla, hesabat dövrünün əvvəlinə və sonuna təqdim edilən ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.4. “Daşınmaz əmlaka investisiyalar” maddəsinin “Daşınmaz əmlaka investisiyalar” və “Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər” hesablarında əks etdirilən məbləğlərdən “Daşınmaz əmlaka investisiyaların amortizasiyası” hesabında uçota alınan məbləğlər çıxılmaqla, hesabat dövrünün əvvəlinə və sonuna təqdim edilən ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.5. “Uzunmüddətli debitor borcları” maddəsinin “Üzvlərin uzunmüddətli debitor borcları”, “Transferlər üzrə uzunmüddətli debitor borcları”, “İcarə üzrə uzunmüddətli debitor borcları” və “Digər uzunmüddətli debitor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.6. “Sair uzunmüddətli aktivlər” maddəsində uzunmüddətli aktivlər kimi təsnifləşdirilən “Sair uzunmüddətli aktivlər” hesabında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.7. “Cəmi uzunmüddətli aktivlər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.2. Qısamüddətli aktivlər

11.2.1. Qısamüddətli aktivlər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

11.2.1.1. ehtiyatlar;

11.2.1.2. qısamüddətli debitor borcları;

11.2.1.3. pul vəsaitləri və onların ekvivalentləri;

11.2.1.4. sair qısamüddətli aktivlər.

11.2.2. “Ehtiyatlar” maddəsinin “Material ehtiyatları”, “Hesablanmış məsrəflər” və “Digər ehtiyatlar” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.3. “Qısamüddətli debitor borcları” maddəsinin “Alıcılar və sifarişçilər üzrə qısamüddətli debitor borcları”, “Üzvlərin qısamüddətli debitor borcları”, “Transferlər üzrə qısamüddətli debitor borcları”, “İcarə üzrə qısamüddətli debitor borcları” və “Digər qısamüddətli debitor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.4. “Pul vəsaitləri və onların ekvivalentləri” maddəsinin “Kassa”, “Bank hesablaşma hesabları” və “Pul vəsaitlərinin ekvivalentləri” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.5. “Sair qısamüddətli aktivlər” maddəsində qısamüddətli aktivlər kimi təsnifləşdirilən “Təhtəlhesab məbləğlər”, “Verilmiş qısamüddətli avanslar” və “Digər qısamüddətli aktivlər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.6. “Cəmi qısamüddətli aktivlər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.2.7. “Cəmi aktivlər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.3. Xalis aktivlər (kapital)

11.3.1. Xalis aktivlər (kapital) aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

11.3.1.1. ehtiyat fondu;

11.3.1.2. bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər.

11.3.2. “Ehtiyat fondu” maddəsinin “Yenidən qiymətləndirmə üzrə ehtiyat fondu”, “Məzənnə fərqləri üzrə ehtiyat fondu” və “Digər ehtiyat fondları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.3.3. “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” maddəsinin “Hesabat dövrü üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.3.4. “Cəmi xalis aktivlər (kapital)” sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat”ın müvafiq olaraq 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.4. Uzunmüddətli öhdəliklər

11.4.1. Uzunmüddətli öhdəliklər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

11.4.1.1.uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər;

11.4.1.2. uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;

11.4.1.3. uzunmüddətli kreditor borcları;

11.4.1.4. sair uzunmüddətli öhdəliklər.

11.4.2. “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinin “Uzunmüddətli bank kreditləri”, “İşçilər üçün uzunmüddətli bank kreditləri”, “Uzunmüddətli borclar”, “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.3. “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsinin “Uzunmüddətli zəmanət öhdəlikləri”, “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.4. “Uzunmüddətli kreditor borclar” maddəsinin “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.5. “Sair uzunmüddətli öhdəliklər” maddəsində uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilən “Alınmış uzunmüddətli avanslar” və “Digər uzunmüddətli öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.6. “Cəmi uzunmüddətli öhdəliklər” sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat”ın müvafiq olaraq 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.5. Qısamüddətli öhdəliklər

11.5.1. Qısamüddətli öhdəliklər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

11.5.1.1. qısamüddətli faiz xərcləri yaradan öhdəliklər;

11.5.1.2. qısamüddətli qiymətləndirilmiş öhdəliklər;

11.5.1.3. vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;

11.5.1.4. qısamüddətli kreditor borcları;

11.5.1.5. sair qısamüddətli öhdəliklər.

11.5.2. “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinin “Qısamüddətli bank kreditləri”, “İşçilər üçün qısamüddətli bank kreditləri”, “Qısamüddətli borclar” və “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.3. “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsinin “Qısamüddətli zəmanət öhdəlikləri”, “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.4. “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər” maddəsinin “Vergi öhdəlikləri”, “Sosial, sığorta və təminat üzrə öhdəliklər” və “Digər məcburi ödənişlər üzrə öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.5. “Qısamüddətli kreditor borcları” maddəsinin “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “İcarə ilə bağlı qısamüddətli kreditor borcları”, “Faizlər üzrə qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.6. “Sair qısamüddətli öhdəliklər” maddəsində qısamüddətli öhdəliklər kimi təsnifləşdirilən “Alınmış qısamüddətli avanslar” və “Digər qısamüddətli öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.7. “Cəmi qısamüddətli öhdəliklər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.5.8. “Cəmi öhdəliklər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.5.9. ”Cəmi xalis aktivlər (kapital) və öhdəliklər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.
12. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” üzrə maliyyə informasiyasının qruplaşdırılması
12.1. Təşkilat tərəfindən hesabat dövründə tanınmış bütün gəlir, xərc və mənfəət (zərər) haqqında maliyyə informasiyası “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da əks olunmaqla, aşağıdakı maliyyə elementləri üzrə qruplaşdırılır:

12.1.1. gəlirlər;

12.1.2. xərclər;

12.1.3. ümumi mənfəət (zərər).




13. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın Hesablar Planına uyğun hazırlanması və tərtib edilməsi
13.1. Gəlirlər

13.1.1. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da gəlirlər aşağıdakı maddələr üzrə ümumiləşdirilir:

13.1.1.1. üzvlük haqları;

13.1.1.2. əmlakdan götürülən gəlir;

13.1.1.3. tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir;

13.1.1.4. ianələr şəklində götürülən gəlir;

13.1.1.5. seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait;

13.1.1.6. aşağı təşkilatların ödənişləri;

13.1.1.7. dövlət büdcəsindən ayrılan vəsait;

13.1.1.8. hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak;

13.1.1.9. digər gəlirlər (o cümlədən  borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ);

13.1.1.10. cəmi gəlirlər.

13.1.2. “Üzvlük haqları” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Üzvlük haqları” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.1.3. “Əmlakdan götürülən gəlir” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Əmlakdan götürülən gəlir” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.4. “Tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.5. “İanələr şəklində götürülən gəlir” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “İanələr şəklində götürülən gəlir” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.6. “Seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.7. “Aşağı təşkilatların ödənişləri” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Aşağı təşkilatların ödənişləri” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.8. “Dövlət büdcəsindən ayrılan vəsait” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Dövlət büdcəsindən ayrılan vəsait” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.9. “Hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.10. “Digər gəlirlər (o cümlədən  borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ)” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Digər gəlirlər (o cümlədən  borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ)” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.11. “Cəmi gəlirlər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Cəmi gəlirlər” hesabında uçota alınmış yuxarıda göstərilən gəlirlərin məbləğlərinin cəmi əks etdirilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın gəlirlər sətrinin 4-cü və 6-cı sütunlarında əks etdirilir.

13.2. Xərclər

13.2.1. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da xərclər aşağıdakı maddələr üzrə ümumiləşdirilir:

13.2.1.1. cari işlərə sərf olunan vəsait;

13.2.1.2. siyasi partiyanın saxlanılmasına və informasiya təminatına çəkilən xərclər;

13.2.1.3. ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;

13.2.1.4. aşağı təşkilatlara ödənclər;

13.2.1.5. kreditlər üzrə faizlər;

13.2.1.6. fərdi xərclər;

13.2.1.7. sair xərclər.

13.2.2. “Cari işlərə sərf olunan vəsait” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş gəlirləri üzrə xərc kimi hesablanmış məsrəflər uçota alınır. Bu məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.3. ”Siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş gəlirləri üzrə xərc kimi tanınmış hesablanmış məsrəflər uçota alınır. Bu məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.4. “İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait üzrə xərclər uçota alınır. Bu məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.5. “Aşağı təşkilatlara ödənclər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə aşağı təşkilatların (filialların, nümayəndəliklərin və digər struktur bölmələrinin) saxlanılması ilə bağlı əldə edilmiş gəlirləri üzrə xərc kimi tanınmış məsrəflər uçota alınır. Bu məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.6. “Kreditlər üzrə faizlər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş gəlirləri ilə bağlı olmayan tanınmış xərcləri uçota alınır. Bu məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın kreditlər üzrə faizlər maddəsinin 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.7. “Fərdi xərclər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş gəlirləri ilə bağlı olmayan ezamiyyə və nümayəndəlik xərcləri uçota alınır. Bu məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.8. “Sair xərclər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş gəlirlərlə bağlı olmayan xərc kimi tanınmış məbləğlər uçota alınır. Bu məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın sair xərclər maddəsinin 3-cü və 5-ci sütunlarında göstərilir.

13.3. Ümumi mənfəət (zərər)

13.3.1. “Ümumi mənfəət (zərər)” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş cəmi gəlirlərindən cəmi xərcləri çıxılmaqla, ümumi mənfəətin (zərərin) məbləği eyniadlı maddə üzrə “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda ümumiləşdirilir.

13.3.2. “Ümumi mənfəət (zərər)” sətri üzrə məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

14. Təşkilatın “Əhəmiyyətli uçot siyasəti və izahlı

qeydlər”inin məzmunu
14.1. Təşkilatın maliyyə hesabatlarına əlavə edilən “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də “Maliyyə vəziyyəti haqqında hesabat” və “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da təqdim edilən maliyyə informasiyaları açıqlanır.

14.2. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də aşağıdakılar göstərilir:

14.2.1. təşkilatın hüquqi ünvanı və hüquqi forması;

14.2.2. təşkilatın əməliyyatlarının və fəaliyyətinin əsas növlərinin təsviri;

14.2.3. qrupun bilavasitə və son nəticədə tabe olduğu əsas təşkilatların adları;

14.2.4. hesabat dövrü ərzində işçilərin orta sayı.

14.3. Hesabat dövrü ərzində maliyyə hesabatlarının tərtib olunması zamanı “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”in quruluşu “Əhəmiyyətli uçot siyasəti” və “İzahlı qeydlər” kimi qruplaşdırılır.

15. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”in hazırlanması
15.1. Мaliyyə hesabatlarının hazırlanması zamanı uçot siyasətinin konkret aspektləri haqqında məlumat maliyyə hesabatlarının ayrıca komponenti kimi təqdim edilir. Təşkilatın təqdim etdiyi “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də aşağıdakılar əks etdirilməlidir:

15.1.1. maliyyə hesabatlarının hazırlanmasında istifadə olunmuş qiymətləndirmənin əsasları (maliyyə hesabatlarında bir neçə qiymətləndirmə əsası istifadə edildikdə, qiymətləndirmə əsasına müvafiq olaraq aktivlərin və öhdəliklərin kateqoriyası göstərilir);

15.1.2. maliyyə hesabatlarına görə məsul şəxslərin qəbul etdiyi və maliyyə hesabatlarında tanınmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərən qərarlar;

15.1.3. “Maliyyə vəziyyəti haqqında hesabat” və “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın hər bir maddəsinin təqdim edilməsinə əhəmiyyətli təsir göstərən əlavə informasiyalar.

15.2. Maliyyə hesabatlarındakı məlumatların təfərrüatı ilə açıqlanması göstərilən bu hesabatlarda maddələrin xarakterindən, funksiyasından və məbləğlərinin həcmindən asılıdır.

15.3. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də maliyyə vəziyyəti haqqında hesabatla bağlı təqdim edilməli olan informasiyada aktivlər, xalis aktivlər (kapital) və öhdəliklər çərçivəsində onların xüsusiyyətləri və məqsədi təsvir edilməklə açıqlanmalıdır.



15.4. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatla bağlı təqdim edilməli olan informasiyada gəlir və xərc maddələrinin xüsusiyyətləri və məbləğləri təsvir edilməklə açıqlanmalıdır.

______________________
Yüklə 267,04 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin