5. XÜSUSİ MÜDDƏALAR VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
5.1. Tərəflər arasında yaranmış və bu Müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə Qaydaları”na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir.
5.2. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər.
5.3. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Qazdan istifadə Qaydaları”nın 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
6. FORS-MAJOR
Tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır.
|