Ç
ən qurğuları
6.14. Mayel
əşdirilmiş qazları saxlamaq üçün istifadə olunan çən qurğuları yeraltı, yaxud yerüstü çənlərdən ibarət ola bilərlər.
Yerin atında qura
şdırmaq üçün nəzərdə tutulan çənləri yerin üstündə quraşdırmaq olmaz. Qurğudakı çənlərin həndəsi həcminin maksimal cəmi, ayrı-ayrı çənlərin maksimal tutumu və mayeləşdirilmiş
qaz ç
ənləri qurğuları ilə binalar, tikintilər və müxtəlif kommunikasiyalar arasındakı təhlükəsiz məsafə Dövləttikintikomun təsdiq etdiyi müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q) (17—20-ci əlavə)
t
ələblərinə uyğun olmalıdır. Çənlərdən ağaclara qədər məsafə 5 metrdən az olmamalıdır.
6.15. Yeraltı v
ə yerüstü çənlər yanmayan materiallardan düzəldilmiş özül üzərində qoyulmalıdır.
Yeraltı ç
ənlər, mövsüm zamanı torpağı donan rayonlarda yerin səthindən (çənin üst səthinədək) 0,6 metr dərinliyə, donmayan rayonlarda isə 0,2 metr dərinliyə basdırılmalıdır.
Yeraltı ç
ənlər müvafiq dövlət standartına uyğun olaraq korroziyadan mühafizə olunmalıdırlar. Yerüstü çənlər açıq rənglə rənglənməlidir. Çən qurğularının yanmayan materiallardan hasarı və
x
əbərdaredici yazıları olmalıdır. Hasarın içərisində yanğından mühafizə inventarı: qumla dolu yeşik və bel olmalıdır.
6.16. Ç
ənlərin üzərindən elektrik hava xətti, telefon və radiotranslyasiya xətləri keçməməlidir.
6.17. Ç
ən qurğularının bağlayıcı armaturu, çənlərdə mayenin səviyyəsini göstərən səviyyə göstəriciləri, qazın təzyiqini tənzimləyən tənzimləyicilər, qoruyucu klapanlar (bağlayıcı və buraxıcı), qaz
t
ənzimləyicilərinə qədər manometri və ondan sonra isə nəzarət üçün maye manometrini birləşdirmək üçün kranlı ştutseri olmalıdır. Adları çəkilən cihazlar maye faza üzrə əlaqələndirilən çənlər dəstəsində
yerl
əşdirilə bilər.
Əgər təzyiq tənzimləyicisinin konstruksiyası tənzimləyicidən sonra qazın təzyiqinin artmasına imkan vermirsə, tənzimləyicidən sonra qoruyucu klapanın qoyulması vacib deyil.
Ç
ən qurğularının armaturu ventilyasiya üçün deşiyi olan qıfıllı metal örtüklə bağlanmalıdır.
6.18. Ç
ən qurğularının yeraltı qaz kəmərlərinin açıcı qurğuları dərinliyi 1 metrdən artıq olmayan quyularda, yaxud yerin üstündəki mühafizə örtüyündə qoyula bilər. Çən qurğusuna bir bina qoşulduqda
qaz k
əmərində açıcı qurğunun qoyulması vacib deyil.
Yeraltı ç
ən qurğularının hər dəstə tutumlarında, maye fazasını birləşdirən boru kəmərlərinin üzərində yerin səthindən ən azı 1 metr hündürlüyə çıxarılan nəzarət boruları olmalıdır. Bu borulara atmosfer
ya
ğıntılarının düşməsinin qarşısı alınmalıdır.
6.19. Ç
ən qurğularının elektrokimyəvi mühafizəsini layihələşdirdikdə, statik elektrikdən mühafizənin təmin edilməsi nəzərə alınmalıdır. Avtosisternləri və birləşdirici şlanqları torpaqlama qurğusu
avtosisterninin dayanaca
ğında yerləşdirilməlidir.
6.20. Ç
ən qurğuları buxarlaşdırıcı ilə bir kompleksdə istismar edilə bilər. İstehsal gücü 200 kq/saatdan artıq olmayan buxarlayıcılar həm birbaşa çənlərin üzərində, həm də çən qurğusunun hasarı
ərazisində, çəndən 1 metrdən az olmayan məsafədə yerləşdirilə bilərlər. 200 kq/saatdan artıq olanlar isə Dövləttikintikom tərəfindən təsdiq edilmiş TN və Q-nın (əlavə 20, 21) tələblərinə uyğun olaraq balon
d
əstəsi qurğuları kimi, həm çənlərdən, həm də binalardan və müxtəlif qurğulardan təhlükəsiz məsafədə yerləşdirilməlidirlər.
6.21. H
ər bir buxarlaşdırıcıda istilik daşıyıcısının donmasının, maye fazasının buxarlaşdırıcıdan çıxmasının, tənzimləyicilərdə təzyiqin icazə verilən səviyyədən yuxarı qalxması imkanının qarşısını alan
n
əzarət-ölçü, tənzimləyici və qoruyucu avadanlıq olmalıdır.
6.22. Mayel
əşdirilmiş qazların buxarlaşdırıcılarında istilik daşıyıcısı kimi isti su, buxar, elektrik qızdırıcısı, qızdırılmış yağlar, təsirsiz qazlar, qazla qızdırma və adları çəkilənlərə uyğun olan başqa istilik
da
şıyıcıları tətbiq edilə bilər.
Elektrik qızdırıcısı kimi qızdırıcı cihazlardan istifad
ə edildikdə, onlar partlayışdan mühafizə olunmuş qaydada hazırlanmalıdır.
6.23. Elektrik qızdırıcısı olan buxarla
şdırıcılardan istifadə edildikdə elektrik qurğularının quraşdırılması qaydaları tələblərinə uyğun olaraq, çən qurğusunun hasarı ərazisində elektrik kabellərini çəkmək
olar. Elektrik avadanlı
ğı qoruyucu qurğuların qaz buraxdığı yerdən ən azı 5 metrə qədər məsafədə olmalıdır.
6.24. Buxarla
şdırıcı qurğunun armaturu mexaniki zədələnmədən və atmosfer çöküntülərinin təsirindən qorunmalıdır.
Dostları ilə paylaş: |