Qazdoldurma məntəqələri
5.59. Qazdoldurma məntəqələri (QDM) məişət, kommunal, kənd təsərrüfatı və başqa istehlakçıları balonlardakı maye qazla təchiz etmək üçündür.
QDM-də balonlar QDS-dən avtosisternlərdə gətirilən mayeləşdirilmiş qazlarla doldurulur.
5.60. QDM-in, ərazisində aşağıda göstərilən binalar və tikintilər yerləşdirilə bilər:
mayeləşdirilmiş qazları saxlamaq üçün çənlər, yaxud qaz saxlamaq üçün tutum kimi istifadə olunan avtosisternlər saxlanılan meydança;
mayeləşdirilmiş qazları avtosisternlərdən çənlərə boşaltmaq üçün avadanlıq;
balonları doldurmaq üçün və onlardan buxarlanmayan qalıqları boşaltmaq üçün avadanlıq;
balonları qəbul etmək və göndərmək üçün yükləmə-boşaltma meydançası;
doldurulmuş və boş balonları yığmaq üçün meydança (anbar).
5.61. QDM-də binaların və tikintilərin yerləşdirilməsi, texnoloji avadanlıqların bağlanması, sayı və konstruksiyası, həmçinin QDM-in tikinti, sanitar-texniki və elektrotexniki qurğuları TN və
uyğun olmalıdırlar. QDM-in balonlar yerləşdirilən anbarından müxtəlif binalara və tikintilərə qədər məsafə əlavə 13-də göstərilənlərdən az olmamalıdır.
*
5.62. QDM-in ərazisi yanmayan materiallardan hazırlanmış hündürlüyü 1,6 metrdən az olmayan hasara alınmalıdır.
Dostları ilə paylaş: |