Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


Mayeləşdirilmiş qazların qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin və avtomobil qazdoldurma stansiyalarının istismarı



Yüklə 426,19 Kb.
Pdf görüntüsü
səhifə20/30
tarix31.12.2021
ölçüsü426,19 Kb.
#112104
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
103 - Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında

 

Mayeləşdirilmiş qazların qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin və avtomobil qazdoldurma stansiyalarının istismarı

 

7.76.  Mayeləşdirilmiş  qazların  qazdoldurma  stansiyaları  (QDS),  AQDS  və  QDM  onların  tikintisi  və  yenidən  quraşdırılması  qurtardıqdan  sonra  və  həmçinin  QDS,  AQDS,  QDM-ın  ayrı-ayrı  qu

təmirindən sonra bu Qaydaların 7.1 bəndinin tələblərinə uyğun olaraq komissiya tərəfindən qəbul edilməlidir.

7.77.  Qəbul  komissiyasının  nümayəndələri,  o  cümlədən  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  nümayəndəsi  obyektin  qəbul  edilməsinə  ən  azı  beş  gün  qalmış  bu  ba

edilməlidir.

7.78.  QDS,  AQDS,  QDM-ı  qəbul  edən  zaman  komissiya,  icra  sənədlərinin  olması  və  onların  düzgün  tərtib  edilməsini  yoxlamalı,  quraşdırılan  avadanlığın  layihəyə  uyğunluğunu  və  qur

buraxılan çatışmazlıqları aşkar etmək məqsədilə avadanlığı nəzərdən keçirməlidir.

Komissiyaya ixtiyar verilir ki, istənilən avadanlığı və sistemin hər hansı sahəsini sökməklə, şüalandırmaqla, mexaniki sınaq keçirmək üçün qaz kəmərlərindən birləşmələri kəsməklə yoxlas

kəmərlərini təkrar sınaqdan keçirsin, həmçinin armaturun və cihazların işini yoxlasın.

Qəbuletmə aktlarının rəsmiləşdirilməsi hüquqi və fiziki şəxslərə QDS, AQDS, QDM-ın istismara buraxılması üçün qanunla müəyyən edilən hallarda lisenziya və ya icazə almağa imkan yaradır.



 [2

İstismara qəbul edilmiş QDS, AQDS, QDM üçün pasportlar tərtib olunmalıdır. Orada avadanlığın, aparatların, qaz kəmərinin, binaların, ventilyasiya, enerji, qızdırıcı sistemlərin və s. əsas x

qeyd edilir.

QDS, AQDS, QDM-in avadanlıqlarının və qaz kəmərlərinin işə buraxılması, saxlanması və istismara buraxılması ixtisaslaşdırılmış təşkilat tərəfindən aparılmalıdır.

7.79.  Çənlər  və  buxarlaşdırıcılar,  onların  birləşmələrindəki  bütün  bağlama  armaturları  və  bütün  birləşmələri  sabunlu  emulsiya,  yaxud  cihazla  yoxlamaqla  iş  təzyiqinə  bərabər  təzyiql

sınanır.


*

7.80. QDS-ın qaz kəmərlərinin möhkəmliyi və kipliyi sınanmalıdır. Onlar sxemindən, uzunluğundan və diametrindən asılı olaraq, açıcı qurğuları və başqa avadanlıqları quraşdırdıqdan s

yaxud ayrı-ayrı sahələrlə sınaqdan keçirilir.

Qaz kəmərinin möhkəmliyi qazın iş təzyiqinin 1,25 qisminə bərabər təzyiqli hava ilə sınaqdan keçirilir. Qaz kəmərləri ən azı 2 saat sınaq təzyiqində saxlanır, sonra təzyiq iş təzyiqinə qə

kəmərlərinin bütün birləşmələri və armaturu sabun emulsiyası ilə, yaxud cihazla kipliyi yoxlanılır.

Qaz kəmərlərini möhkəmliyə sınayarkən, təzyiq tədricən yüksəldilməli və azaldılmalıdır.

Kipliyə sınanmanın müddəti və təzyiqin yol verilən aşağı düşməsi hədləri sənaye müəssisələrinin yüksək təzyiqli qaz kəmərlərində olduğu kimi (12 kqq/sm2, yaxud 1,2 MPa) qədər edilir (əlav

Boru kəmərlərinin və qabların pnevmatik sınağını apardıqda, bu sınağı aparan şəxslərin təhlükəsizliyi təmin edilməlidir.

Sınağın keçirilməsi barədə akt tərtib edilməlidir.

7.81.  QDS-ı  istismara  buraxmazdan  əvvəl,  avadanlığın  istismarı  və  təmiri  üzrə  istehsalat  təlimatları,  həmçinin  də  texnoloji  sxemlər,  təhlükəsizlik  texnikası  və  yanğından  mühafizə 

edilməlidir.

Təlimatlar və sxemlər istehsalat binalarında — yaxşı görünən yerlərdə asılmalıdır.

İstehsalat təlimatları iş yerlərində də asılmalı, həmçinin istismar və təmir işçilərinə imza atmaq üçün verilməlidir.

7.82.  Nasoslarda,  kompressorlarda,  çənlərdə,  doldurma  qurğularında,  elektrik  mühərriklərində,  ventilyatorlarda  və  başqa  avadanlıqlarda,  həmçinin  bağlayıcı  və  qoruyucu  armaturlarda

sxeminə uyğun olaraq nömrələr olmalıdır.

Qaz kəmərlərində qazın hərəkəti istiqaməti oxlarla, bağlama armaturlarının dəstəklərində isə açma və bağlama zamanı fırlatma istiqamətləri göstərilməlidir.

7.83. QDS-in avadanlıqlarını kompleks surətdə yoxlamazdan əvvəl qaz kəmərləri, çənlər və qaz avadanlıqları 1 kqq/sm2 (0,1 MPa) təzyiq altında 30 dəqiqə müddətində nəzarət məqsədilə h

yoxlanılmalıdır.  Bu  halda  nəzarət  manometri  ilə  yoxlanılan  təzyiq  sabit  qalmalıdır.  Hava  ilə  üfürülərkən  qaynaq  tikişlərinin,  flyans  və  yivli  birləşmələrinin  kipliyi  sabunlamaqla,  yaxud 

yoxlanılır.

7.84.  Çənlər  və  qaz  kəmərləri  doldurulmazdan  əvvəl  təsirsiz  qazla  (azotla  və  ya  karbon  qazı  ilə),  yaxud  mayeləşdirilmiş  qaz  buxarı  ilə  üfürülməlidir.  Çənlərin  və  qaz  kəmərlərinin  ü

bilavasitə qazla doldurmazdan əvvəl aparılmalıdır.

Üfürmənin qurtarması şamdan çıxan qaz-hava qarışığındakı oksigenin tərkibi ilə təyin edilir. Qarışıqda oksigenin miqdarı (həcmə görə) 1%-dən artıq olmadıqda üfürmə başa çatmış hesab 

7.85.  Yeni  çənlərə,  həmçinin  texniki  yoxlamadan  və  təmirdən  sonra  qəbul  edilən  çənlərə  qaz  doldurularkən,  qaz  axınında  statik  elektrik  cərəyanı  yaranmaması  üçün  qaz  onlara  tədr

Çənlərin doldurulması üçün nəzərdə tutulan boru kəmərlərinin quruluşu sərbəst axının yaranmasına imkan verməməlidir.

7.86. Mayeləşdirilmiş qaz boru kəmərlərində hidravlik zərbə yaranmaması üçün, siyirtmə və ventillər ehtiyatla tədricən açılmalıdır.

7.87. Bütün bağlayıcı qurğular tam saz vəziyyətdə olmalıdır və çənlərin, buxarlandırıcıların, nasosların, kompressorların və başqa avadanlıqların, həmçinin boru kəmərinin bəzi sahələrinin

etibarlı açılması təmin edilməlidir.

Qoruyucu klapanlar, bağlayıcı və tənzimedici qurğular, nəzarət-ölçü cihazları nasaz olduqda çənlərin və başqa avadanlıqların, həm də mayeləşdirilmiş qaz boru kəmərlərinin istismarı qad

İstismar zamanı baş verən qaz sızmaları tezliklə aradan qaldırılmalıdır.

7.88. Qoruyucu klapanlar, çənlərdə qazın təzyiqi iş (hesablanmış) təzyiqindən 15% artıq olduqda qazın kənara buraxılmasını təmin etməlidirlər.

Qoruyucu klapanların buraxma qabiliyyəti «Təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismarı qaydaları»nın tələblərinə uyğun olaraq hesablama yolu ilə təyin edilir.

7.89. Çənlərdə, boru kəmərlərində və QDS-ın başqa avadanlıqlarında qoyulmuş qoruyucu klapanların işləməsi və sazlığı ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır.

Qoruyucu  klapanları  ehtiyatla  qısa  müddətdə  klapanın  dəstəyini  sıxmaqla  yoxlayırlar.  Əgər  klapan  sazdırsa,  dəstəyi  buraxdıqda  qazın  sızması  dayanmalıdır.  Yoxlamanın  yekunl

olunmalıdır.

7.90. Çənlərdə, boru kəmərlərində, buxarlaşdırıcılarda və QDS-ın başqa avadanlıqlarında qurulmuş qoruyucu klapanların verilmiş təzyiqdə (sazlanmış təzyiqdə) işləməsi hər 6 ayda bir dəfəd

yoxlanılmalıdır.

7.91. Qoruyucu klapanı təmir, yoxlamaq, sazlamaq, yaxud başqa məqsədlər üçün çıxardıqda onun əvəzinə saz qoruyucu klapan qoyulmalıdır. Qoruyucu klapan yerinə tıxac qoyulması qadağ

7.92.  Çənlərdə,  kompressorlarda,  boru  kəmərində  və  QDS-ın  başqa  avadanlıqlarında  qurulan  manometrlər  qısa  müddətə  açmaq  yolu  ilə  həftədə  bir  dəfədən  az  olmayaraq  yoxlanılm

manometrlərin əqrəbləri sıfır vəziyyətinə gəlməlidir. Əgər bütün manometrlər saz vəziyyətdədirsə, jurnala «manometr sazdır» qeydiyyatı edilir. Əgər manometrlər nasazdırsa, tezliklə yeniləri

jurnalda onların nömrələri qeyd edilir.

6  ayda  1  dəfədən  gec  olmayan  müddətdə  manometrlər  nəzarət  manometrləri  ilə  yoxlanılmalıdır.  İldə  bir  dəfə,  həmçinin  də  hər  təmirdən  sonra  manometrlər,  standartların  tələblərinə

yoxlamaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanlarına təqdim edilməlidirlər.

7.93. Zədəsi olan, düz göstərməyən manometrlərdə, həmçinin də yoxlama müddəti keçmiş, plombsuz və ya damğasız manometrlərdən istifadə etmək olmaz. 7.94. Səviyyəölçənlərin sazlığı

onların pasportunda göstərilən istehsalçı zavodların tələblərinə uyğun olaraq aparılmalıdır.

7.95. Qaz kəmərlərindəki bağlayıcı və QDS-ın avadanlıqları ayda iki dəfə «açıqdır-bağlıdır» vəziyyətində yoxlanılmalıdır.

7.96. Təzyiq tənzimləyiciləri, qoruyucu klapanlar və bağlayıcı armaturlar ildə bir dəfədən az olmayaraq cari təmir edilməlidir (yoxlanılmalıdır).

7.97. Bağlayıcı armaturların, təzyiq tənzimləyicilərinin və qoruyucu klapanların sökülməsi ilə aparılan təmiri (yoxlanması) barədə xüsusi jurnallarda qeydlər edilməlidir.

7.98.  Binalarda  yerləşən  texnoloji  avadanlıqların,  boru  kəmərlərinin  və  armaturların  yivli  və  flyans  birləşmələrin  kipliyi  hər  ay  sabunlu  emulsiya  ilə  yaxud  cihazlarla  yoxlanılmalı

nasazlıqlar yerindəcə aradan qaldırılmalıdır.

7 99 Ç


l i d ili hi

i i


l

t

i



t

k

b



d

l

d



d

tl

d



l d

l

l



i f

ökü tül i ö ö ü

l

d

b




çənin buxarla və yaxud təsirsiz qazla üfürülməsinə;

yuxarıdakı qapağı açıq qoymaqla, çənin su ilə doldurulmasına;

qazdan təmizlənməsinə (deqazasiya edilməsinə);

hidravlik sınaq işlərinin aparılmasına;

çəni sudan təmizlədikdən və çənin havasını dəyişdirdikdən sonra (deqazasiya etdikdən sonra) çənin aşağı hissəsindən sınaq üçün havadan nümunənin götürülməsi.

Əgər  sınaq  üçün  götürülən  havadan  qazın  miqdarı,  qazın  alışmasının  aşağı  səviyyəsinin  1/5  hissəsindən  artıq  deyilsə,  çəni  çirklənmədən  və  paslanma  (korroziya)  qalıqlarından  təm

yoxlamaya başlamaq olar.

Yeraltı çənlərin daxili baxışı və hidravlik sınaq 10 ildən bir dəfə, yerüstü çənlərin daxili baxışı — 4 ildə bir dəfə, yerüstü çənlərin hidravlik sınağı — 8 ildə bir dəfə aparılır.

*

7.100. Çənin divarlarında olan çöküntülər, həmçinin çəndən çıxarılan çirk və çöküntülər QDS-ın ərazisindən xaric edilənə qədər nəm halda saxlanılmalıdır. Pirofor birləşmələr yanğın nö



xüsusi ayrılmış təhlükəsiz yerlərə daşınmalı və yaxud dərhal torpağa basdırılmalıdır.

7.101. Çənlərin təmizlənməsi, içərisinin yoxlanılması və təmiri QDS istismar edən hüquqi və yaxud fiziki şəxsin yazılı icazəsi ilə, qaz təhlükəli işlərin görülməsinə olan tələblərə riayət etməkl

7.102. Pirofor çöküntüsü olan borularda bu çöküntünün öz-özünə alışmasının qarşısını almaq məqsədilə, qaz kəməri üfürüldükdən sonra onun atmosfer havası ilə təmasda olmaması üç

quraşdırılmasını sonrakı günə saxlamaq olmaz. Boru kəmərinin üstü açıldığı gün sökülməlidir.

7.103. Mayeləşdirilmiş qaz olan boru kəmərlərində «yamaq» qoymaq olmaz. Borunun zədələnmiş sahəsi dəyişdirilməlidir. Rezin parça qolları təmir etmək olmaz, zədələnmiş qollar zay hesab

7.104. Yoxlanıldıqdan və yaxud təmirdən sonra çənlərin, avadanlıqların, boru kəmərlərinin işə qoşulması, QDS istismar edən hüquqi və yaxud fiziki şəxsin yazılı icazəsi əsasında aparıla bilər

7.105. Mayeləşdirilmiş qaz kəmərlərindəki buz tutulmaları buxarla, qızdırılmış qumla, yaxud isti su ilə açılmalıdır. Bu məqsəd üçün oddan, polad məftillərdən və ya qığılcım yaradan üs

etmək olmaz.

Donub partlamış qaz kəmərinin buz tutmuş sahəsini qızdırdıqda həmin sahəni ümumi sistemdən hökmən açmaq və qaz təhlükəli işlərin yerinə yetirilməsi üçün olan tələblərə riayət etmək

7.106. Tutumların maye qazlarla doldurulması yerüstü tutumlar və balonlar üçün onların həndəsi həcminin 85%-dən yeraltı tutumlar üçün isə 90%-dən artıq olmamalıdır.

Balonları doldurmağa verilən qazın miqdarını təyin etmək üçün aşağıdakı cədvəldə göstərilən normalardan istifadə edilməlidir:

 

Binada havanın temperaturu 10°C-dən aşağı olduqda balonları doldurmaq olmaz.



7.107. Çənləri, avtosisternləri, balonları — qazın buxarlarının elastikliyi həmin qabların iş təzyiqindən artıq olan temperaturlu qazla doldurulması qadağan edilir.

7.108. Qazın buxar fazasını atmosferə buraxaraq onlardakı təzyiqi aşağı salmaqla avtosisternlərin və ya balonların doldurulması qadağan edilir.

7.109. Mayeləşdirilmiş qazları dəmir yolu və avtomobil sisternlərindən boşaltdıqda, həm boşaldılan, həm də doldurulan tutumlara daimi nəzarət edilməlidir.

7.110.  Dəmir  yolu  və  avtomobil  sisternləri  qazla  doldurulmazdan  və  boşaldılmazdan  əvvəl  torpaqla  birləşdirilməlidir.  Sisternlərin  saxlanıldığı  yerdə  dəmir  yolu  xətti,  həmçinin  doldu

aparılan rezin parça torpaqla birləşdirilməlidir. Ancaq doldurma və boşaltma qurtardıqdan sonra və sisternin ventillərinin ştutserlərinə tıxaclar qoyulduqdan sonra sisternləri torpaqlayıcı qurğu

7.111. QDS-ın ərazisinə daxil olan lokomotiv tüstü borusunda qığılcım söndürən mexanizm quraşdırılmalı və dəmkeşi bağlanmalıdır.

7.112.  QDS-ın  ərazisindən  dəmir  yolu  sisternlərinin  manevri  üçün  istifadə  olunan  elektrodrezin  və  elektrobucurğatların  mühərrikləri  və  elektrik  avadanlıqları  5.26  bəndinin  tələbləri

partlayışdan mühafizə tipli hazırlanmalı, motodrezinlərin tüstü çıxan boruları isə qığılcımsöndürən tərtibatla təchiz olunmalıdır.

7.113. Qazı boşaltmağa başlamazdan əvvəl dəmir yolu sisternlərinin təkərləri dəmir yolu relslərində xüsusi başmaqlarla bərkidilməlidir.

7.114. Dəmir yolu sisternlərindən mayeləşdirilmiş qazların boşaldılması əməliyyatına başlamazdan əvvəl lokomotiv QDS-ın ərazisindən ən azı 20 metr uzaqlaşdırılmalıdır.

7.115.  Avtosisternləri  doldurduqda  və  boşaltdıqda,  mayeləşdirilmiş  qaz  avtomaşının  mühərrikinin  ötürücüsündən  işləyən  nasosla  vurulan  hallardan  başqa,  maşının  mühərriki  söndür

mühərriki dayandırdıqdan sonra sisternin boşaltma ştutserlərindən tıxacları açmaq olar, mühərrikin işə salınması isə, ancaq vurma-sorma qollarını açıb onlara tıxaclar qoyulduqdan sonra icaz

Nasos quraşdırılmış avtosisternləri doldurmazdan və boşaltmazdan əvvəl avtosisternin tüstü çıxan borusunda qığılcımsöndürən qurğu olmalı və onun sazlığı yoxlanılmalıdır.

7.116. Balonları qazla doldurduqda onları çəkmək üçün istifadə olunan tərəzilər hər iş növbəsində işə başlamazdan əvvəl nəzarətçi (doldurucu sexin ustası) tərəfindən etalon tərəzi daşı vasi

və bu barədə jurnalda qeydiyyat aparılmalıdır.

İldə bir dəfə, həmçinin hər təmirdən sonra tərəzilərin standartlara uyğunluğu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi orqanları tərəfindən yoxlanmalıdır.

*

7.117. Doldurma üsulundan asılı olmayaraq bütün balonlar çəkilməklə, yaxud başqa üsulla nəzarət yoxlamasından keçməlidir. QDS (QDM)-də balonların doldurulması jurnalı aparılmalıdır.



7.118.  Çənlər,  avtosisternlər,  yaxud  balonlar  həddən  çox  doldurulduqda,  artıq  qaz  boşaldılmalıdır.  Balonlardan  qaz  bu  məqsəd  üçün  nəzərdə  tutulan  xüsusi  tutumlara  boşaldı

avtosisternlərdən isə saxlama bazasının digər dolmamış çənlərinə boşaldılır. Artıq qazın havaya buraxılması qadağandır.

7.119. Bütün doldurulmuş balonların ventillərinin (klapanların) və yivli birləşmələrin hermetikliyi yoxlanılmalıdır.

Ventilin hermetikliyinin mənfi temperaturlarda yoxlanılması üsulu istehsalat təlimatları ilə təyin edilməlidir. Ventilin hermetikliyi yoxlanıldıqdan sonra balonun boğazlığına (balonun t

artıq olduqda) qoruyucu qapaq geydirilməlidir. Balonları QDS (QDM)-də qapaqsız da saxlamaq olar.

Doldurulmuş balonların tıxacsız və qoruyucu qapaqsız daşınması və tıxacsız saxlanılması qadağan edilir.

*

7.120.  Əgər  balon  qazla  doludursa,  yaxud  qazsızlaşdırılmayıbsa,  balonda,  o  cümlədən  onun  ventilində  hər  hansı  təmir  aparmaq  olmaz.  Balonların  və  onların  ventillərinin  təmiri  anc



bölmələrində (emalatxanalarında) aparılmalıdır. Balonlar təmir bölməsinə isti su ilə yuyulmuş halda, yaxud buxarlandırıldıqdan (qazsızlaşdırıldıqdan) sonra gətirilməlidir.

7.121. Müəssisənin (təşkilatın) istehsalat məqsədi üçün aldığı mayeləşdirilmiş qazla dolu balonlarını başqa müəssisələrə (təşkilatlara) vermək və onlardan kommunal-məişət qurğuların

qadağandır.

7.122. Balonlar bir qayda olaraq «qəfəs» tipli avtomaşınlarda, yaxud balonların düşməsi və bir-birinə toxunması ehtimalı olmayan xüsusi qurğularla təmin olunmuş kuzalı avtomobillərdə 

kuzalı avtomaşınlarda balonları xüsusi qurğulardan (vasitələrdən) istifadə etməklə daşımaq olar. Belə qurğu (vasitə) olaraq yuvalı taxta tirlərdən, rezin, yaxud kəndir halqalardan və s. istifadə e

7.123. Balonları yükləyib-boşaldan və saxlayan vaxt onların düşməsinə, zədələnməsinə və çirklənməsinə qarşı tədbirlər görülməlidir.

7.124.  Balonların  doldurulma  və  saxlanılma  bölmələrinə  daşınması,  həmçinin  doldurub-boşaltma  işləri  zamanı,  bu  məqsəd  üçün  nəzərdə  tutulan  və  təhlükəsiz  istismarı  təmin  e

(transportyorlardan, rolqanqlardan, yaxud xüsusi vasitələrdən) istifadə edilməlidir. Balonlar başmaq üzərində də diyirləndirilə bilərlər. Balonları maqnit kranı ilə daşımaq olmaz.

7.125. Qazla doldurulmuş balonlar günəş şüaları ilə qızmadan qorunmalıdır.

7.126.  Balonların  doldurulub-boşaldılması  üçün  xüsusi  qurğusu  olan  avtomaşınlar  istisna  olmaqla,  balonları  daşımaq  üçün  istifadə  olunan  avtomaşınların  mühərrikləri,  yükləmə-bo

söndürülməlidir.

7.127. Çənlərdən, buxarlandırıcılardan və balonlardan buxarlanmayan qalıqlar bu məqsəd üçün xüsusi olaraq düzəldilmiş hermetik tutumlara boşaldılmalıdır. Buxarlanmayan qalıqları aç

istehsalat kanalizasiyalarına boşaltmaq olmaz.

Buxarlanmayan qalıqların balonlardan boşaldılması boşaltma rampalarında aparılmalıdır.

7.128. Qollarda təzyiq olduqda üstlük qaykaları sıxmaq və qolları açmaq və həmçinin qaykaları açdıqda və bağladıqda zərbə alətlərindən istifadə etmək olmaz.

7.129. Çatlamaları, kəsilmə yerlərini, sürtülmələri və s. aşkar etmək məqsədilə qollar hər gün yoxlanılmalıdır. Qolların möhkəmliyini yoxlamaq üçün onlar 1,25 iş təzyiqinə bərabər təzyiql

hidravlik sınaqdan keçirilməlidir.

7.130. Kompressorların qayış ötürücüləri təmiz saxlanılmalı və qayışın üzərində çirk, yağ, su və qayış örtüyünün elektrik keçiriciliyini dəyişdirə bilən başqa maddələrin yığılmasından qorun

7.131. Təmiz və istifadə olunmuş silmə əskilərini kip bağlanan dəmir yeşiklərdə ayrı-ayrılıqda saxlamaq lazımdır.

Silmə əskilərini QDS-ın hər hansı binasında, həmçinin QDS-ın xarici qurğularının avadanlıqlarında, pilləkənlərində, meydançalarında saxlamaq olmaz.

7.132.  QDS-ın  partlayış  qorxulu  binalarında  havanın  tərkibində  qazın  olmasına  fasiləsiz  nəzarəti  təmin  edən  və  qazın  təhlükəli  konsentrasiyası  barədə  səs  siqnalı  verən  cihazlar  qoyu

cihazlar sıradan çıxdıqda havada qazın konsentrasiyası hər iki saatdan bir yoxlanılmalıdır.

Qazın konsentrasiyası təhlükəli həddə çatdıqda binanın havası dərhal dəyişdirilməli və onun səbəbi tapılıb aradan qaldırılmalıdır.

*

7.133. QDS, AQDS və QDM-in partlayış-yanğın qorxulu binalarda ventilyasiya sistemlərinin təmizlənməsi və sazlanması (səmərəliliyinin yoxlanılması) ixtisaslaşdırılmış təşkilat tərəfindən



tərtib etməklə yoxlanmalı və sazlamanın nəticələri ventilyasiya qurğularının pasportuna qeyd edilməlidir. 

[25]


Binada hava kifayət dərəcədə dəyişmədikdə, ventilyasiya qurğusundakı nasazlıq aradan qaldırılana kimi mayeləşdirilmiş qazla görülən bütün işlər dayandırılmalıdır.

7.134. Mayeləşdirilmiş qazları daşımaq üçün nəzərdə tutulan maşınların (avtosisternlərin və balondaşıyan maşınların) mühərrikdən tüstüçıxaran borusu maşının qabaq tərəfinə keçirilm

qığılcımsöndürən mexanizmi olmalıdır. Həmin mexanizm, maşın QDS, AQDS və QDM həyətinə girdikdə maşının tüstü çıxaran borusuna quraşdırılmalıdır. Müvəqqəti, yaxud daimi olaraq balonla

istifadə olunan avtomaşınların tüstüçıxaran borusu maşının qabaq tərəfinə keçirilməyibsə, həmin boruda stasionar qığılcımsöndürən quraşdırılmalıdır. Hər bir avtomaşında hərəsi ən azı 2 lit

karbon oksidli, yaxud tozlu odsöndürən və sol bortun qabaq küncündə qırmızı tanınma bayraqcığı olmalıdır.

7.135. QDS, AQDS və QDM-in ərazisində işləyən avtomaşınların və traktorların tüstüçıxan borusunda qığılcımsöndürən olmalıdır.

7.136. QDS, AQDS və QDM-in bütün istehsalat və yardımçı binaları ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir (əlavə 23). Yanğınsöndürmə vasitələrinin yeri yanğından mühafizə v

qurumlarının

 

təklifi ilə dəyişdirilə bilər. Hər telefon aparatının yanında yanğın zamanı yanğından mühafizə qurumunu çağırmaq üçün onların telefon nömrələri göstərilən xüsusi cədvəl asılma



7.137.  QDS,  AQDS  və  QDM-in  yanğın  təhlükəli  binalarında  qığılcım  yarada  bilən  işlərin  görülməsi,  açıq  oddan  istifadə  edilməsi,  həmçinin  oraya  kibrit,  alışqan  və 

tütün

  çəkmək  üçün  l

vasitələrin gətirilməsi qadağan edilir.

7.138. QDS, AQDS və QDM-in ərazisində 



tütün

 çəkmək qadağandır və orada bu barədə xəbərdaredici yazılar olmalıdır.

7.139.  Çən  parkının  ərazisində  və  istehsalat  binalarında  çənlərə  xidmət  edilməsi  və  onların  təmiri  ilə,  balonların  və  avtosisternlərin  doldurulması,  dəmir  yolu  sisternlərindən  qazın  boşa

əlaqəsi olmayan kənar adamların olması qadağandır.

7.140. QDS, AQDS və QDM ərazisində xeyli qazsızma halı olduqda bütün kənar adamlar ərazidən çıxarılmalı, ərazidə olan bütün avtomaşınların mühərrikləri söndürülməli və qazsızmanın

üçün tədbirlər görülməlidir.

Sənaye müəssisəsinin ərazisində yerləşən çənlərdən, yaxud QDS-in boru kəmərlərindən xeyli qazsızma halı olduqda, dərhal alov söndürülməlidir (əgər istehsal texnologiyası üzrə bu müm

bilən sahələrdən adamlar çıxarılmalı, mümkün olan yerlərdə buxar səddi (pərdəsi) yaratmalı və qazsızmanın qarşısını almaq üçün tədbirlər görülməlidir.

7.141. Yerüstü çənin yaxınlığında qaz alışdıqda çəndə təzyiqin artmaması üçün, çən su ilə soyudulmalıdır. Dəmiryol və avtomobil sisternləri yaxınlığında yanğın baş verdikdə, onlar dərha

köçürülməlidir. Əgər bunu etmək mümkün deyilsə, sisternlər su ilə soyudulmalıdır.

7.142. QDS binalarının və avadanlıqlarının torpaqlanması ildə bir dəfədən gec olmayaraq yoxlanılmalıdır. Ölçmələr torpağın keçiriciliyi ən az olan dövrlərdə: bir il — yayda, torpaq daha çox q

biri il isə — qışda, torpaq daha çox dərin donan dövrdə aparılmalıdır. Torpaqlamanı dövri olaraq yoxlamaqdan başqa, avadanlıqları hər dəfə təmir olunduqdan sonra da yoxlamaq lazımdır.

7.143. Qazdoldurma stansiyalarında qəza işıqlandırılması üçün partlayışdan mühafizə tipli xüsusi qaydada hazırlanmış akkumulyator batareyalı əl fənərləri tətbiq olunmalıdır.


Yüklə 426,19 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin